Yağıntılı hava şəraiti davam edəcək

Yağıntılı hava şəraiti davam edəcək
12:22 1 Noyabr 2016
150 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 noyabr. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, sabah yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-10° isti olacağı gözlənilir. Bakıda gecə 6-8° isti, gündüz 8-10° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95% təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, noyabrın 2-də Abşeron yarımadasında yağıntılı və arabir güclənən külək meteohəssas insanlar üçün əsasən əlverişsiz olsa da, havanın oksigenlə zəngin və təmiz olması müsbət amildir. 3-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Azərbaycanın rayonlarında sabah arabir yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 
Havanın temperaturu gecə 2-6° isti, gündüz 7-11° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Xəbərin orijinal ünvanı: http://report.az/ekologiya/yaginti-davam-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR