Sabah Bakıda yeni əczaçılıq zavodunun təməli qoyulacaq

Sabah Bakıda yeni əczaçılıq zavodunun təməli qoyulacaq
14:32 1 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 1 noyabr. REPORT.AZ/ Noyabrın 2-də Bakı şəhərinin Pirallahı Sənaye Parkında Azərbaycan İnvestisiya Şirkəti və Rusiyanın “R-Farm” şirkətinin iştirakı ilə investisiya dəyəri 74 mln. ABŞ dolları olan əczaçılıq məhsullarının istehsalı zavodunun təməli qoyulacaq. "Report" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forumunda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
"Azərbaycanın “Karat Holdinq” şirkəti bu il Yesentuki şəhərində 25 mln. dollar dəyərində Sanatoriya-Kurort Mərkəzini istifadəyə verib. “Azersun Holding” Krasnodar vilayətində 8 mln. dollarlıq meyvə-tərəvəz konservlərinin istehsalı zavodu və 3 mln. dollar dəyərində çay fabrikini tikib", - deyə nazir əlavə edib.
Bununla yanaşı, Azərbaycanda Rusiya kapitallı 600-ə yaxın şirkət fəaliyyət göstərir: “Karvan-L” şirkəti Kabardin-Balkar Respublikasında “Stalprom” şirkətinin tikintisi və təchizatı, Dağıstanda isə təqribən 1,5 mln. dollar dəyərində “Anji” İdman Mərkəzinin tikintisi layihələrini reallaşdırıb. “Mətanət A” şirkəti isə Krasnodar vilayətində 33 mln. dollar dəyərində quru tikinti qarışıqları istehsalı zavodunun tikintisinə başlayıb".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR