Artur Rasi-zadə Braziliya Milli Konqresinin Deputatlar Palatasının sədri ilə görüşüb

Artur Rasi-zadə Braziliya Milli Konqresinin Deputatlar Palatasının sədri ilə görüşüb
17:47 1 Noyabr 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 noyabr. REPORT.AZ/ Baş naziri Artur Rasi-zadə Azərbaycanda səfərdə olan Braziliya Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə "Report"a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanla Braziliya arasında dostluq əlaqələrinin inkişafında xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunması münasibətilə Rodriqo Mayanı təbrik edən A.Rasi-zadə Latın Amerikası regionunda böyük sənaye potensialına malik Braziliya ilə Azərbaycan arasında əməkdaşlığın bir çox istiqamətlər üzrə davam etdiyini məmnunluqla xatırladıb. İki ölkə arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün imkanların mövcudluğunu nəzərə çatdıran baş nazir bu səfərin iki ölkə əlaqələrinin inkişafına təkan verəcəyinə əminliyini vurğulayıb. 
O, Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyinə və bu yaxınlarda Deputatlar Palatasında Ermənistanın işğalçılıq siyasətini pisləyən bəyanat qəbul etdiyinə görə Braziliya Federativ Respublikası rəhbərliyinə təşəkkürünü bildirib.
Regionun ən çox inkişaf etmiş ölkələrindən biri kimi Azərbaycanla iqtisadi-mədəni sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsinə maraq göstərdiklərini önə çəkən Rodriqo Maya səfərin əsas məqsədinin bu istiqamətdə müzakirələr aparmaqdan ibarət olduğunu söyləyib. Davamlı iqtisadi inkişaf naminə regionda sülhün və əmin-amanlığın qorunub saxlanmasının zəruriliyinə toxunan braziliyalı qonaq bu baxımdan təcavüzkar Ermənistanın işğal etdiyi torpaqlardan dərhal çəkilməsinin və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyini bir daha vurğulayıb.
Görüş zamanı tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/artur-rasi-zade-braziliya-milli-konqresinin-deputatlar-palatasinin-sedri-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR