Çaxıra dəyişdirilən Mişa və qanadlanan “gürcü arzusu” - TƏHLİL

Çaxıra dəyişdirilən Mişa və qanadlanan “gürcü arzusu” - TƏHLİL
18:33 1 Noyabr 2016
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Gürcüstandan artıq qızılgül ətri gəlmir. Son parlament seçkiləri bu ölkənin qoxularının da dəyişdiyini göstərdi.

Eduard Şevarnadze Qərb təhsilli Saakaşvilini ədliyyə naziri təyin edəndə istəyi hakimiyyətdən getmək yox, başlanması zəruri olan islahatların daha modern formada aparılması idi. Nə də olsa, əvvəlcə siyasi karyerasında deputatlıq kürsüsündən başlayan Mişa startı pis götürməmişdi. Və bir gün Qərb yetirməsi Saakaşvili əlində “qızılgülləri” ilə Şevarnadzenin kabinetinə daxil olur. Yox, o, ağsaçlı rəhbəri təbrik etmirdi, ondan oturduğu kabinetlə birgə tutduğu postu tərk etməyini istəyirdi.

İllər sonra Şevarnadze verdiyi müsahibələrinin birində kabinetinə daxil olub, ondan istefa vermək tələbini irəli sürənləri belə xatırlayacaqdı: “Onlar üç nəfər idi. İndiki prezident Mixael Saakaşvili, baş nazir Zurab Jvaniya və Nino Burcanadze. Onlar mənə qarşı birləşmişdilər. Onların üçü də mənim yetirmələrimdir”.

SSRİ-nin baş diplomatı olmuş və iki il öncə vəfat edən gürcülərin ilk prezidentini özünün yetişdirdiyi kadrlar devirmişdi. O kadrlar Gürcüstana demokratiya gətirəcəkdi...

Mişanın əlinə verilən qızılgüllərin Qərbin bağçasından dərildiyi şübhəsiz idi. Qərb SSRİ-nin xarabalıqlarında “demokratiya çiçəyini” Qafqaz dağlarından əkməyə başlamışdı. Mişanın əlinə qızılgülləri verənlərin hədəfi aydın idi:

1. Post-sovet məkanında “rəngli inqilab”ların başlanğıcını qoymaq. Tiflis “qızılgüllər”lə bəzəndikdən bir il sonra, Kiyev narıncıya boyandı. Ukrayna tarixinə “narıncı inqilab” sözlərini yazdırdı və Viktor Yuşenko öz adaşını – Viktor Yanukoviçi devirdi. (Ukrayna inqilabı bir də 9 il sonra dadacaqdı. Hansı ki, Yanukoviç 2008-ci il prezident seçkilərində itirdiyi postunu bərpa etdi və 5 il sonra qaçmağa məcbur oldu. 2013-cü ildə baş verən “Maydan”la əslində Qərb Saakaşvili ilə başlatdığı “post-sovet məkanını işğal etmə” planını davam etdirirdi).
Mişanın gətirdiyi güllər 2005-ci ildə Qırğızıstanda zanbaq kimi peyda oldu. Müxalifət “zanbaq inqilabı” ilə Əsgər Akayevi devirdilər. Onun yerinə gələn Bakiyev 5 il hakimiyyətdə qala bildi. 2010-cu ildə Bakıyev Qərb və Rusiya arasında ikili oyun oynamağın, yəni Akayevi devirən Qərbin maraqlarını “siyasi qumara” qoymağın cəzasını çəkdi. Qırğızlar 5 il ərzində ikinci inqilabı etmişdi. İkincisi inqilab hakimiyyəti Atambayevə verdi.

Gürcüstandan başlanan rəngli, güllü inqilablar Qərbin Rusiyanın təsir dairəsində olan ölkələri öz çətiri altına toplamasına xidmət edirdi. Mişa da eyni “məktəbin” yetirməsi idi, Bakıyev də. Sadəcə olaraq, ikinci birincidən daha pis şagird olmuşdu. Ukraynada da Yuşenko məhz Qərbin adamı olaraq tanınırdı. Yanukoviçin “ikinci dönüşü” məhz Qərbə sərf etmədiyi üçün slavyan oğulları bir-birinə silah çəkdiyi “Maydan” baş verdi.
Mişanın gürcülərə hakim gətirilməsində birinci hədəf bu idi.

2. Prosesin Gürcüstandan başlamasının səbəbləri də açıq görünür. Qərb Tiflisdə öz adamını hakimiyyətə gətirməklə Rusiyanın cənub sərhədlərində möhkəmlənmək gedişi etdi və beləliklə Rusiyanın Cənubi Qafqazda təsir gücünü parçaladı. Azərbaycanın balansı siyasət aparması ilə razılaşan Moskva regionun iki ölkəsində - Ermənistanda və Gürcüstanda əsas söz sahibi idi. Mişanın gəlişi rusların əlindəki kartlardan birinin alınması idi. Qərb Cənubi Qafqazı rusların əlindən tamamilə almaqla etnik rəngarəngliyi ilə seçilən Şimali Qafqazda müstəqillik hərəkatını başlatmaq və SSRİ-dən qalma imperiyaya cənub cəbhəsindən zərbə endirmək niyyətində idi.

3. Mişanın Gürcüstanı həm də Cənubi Qafqazın “ilk qaranquşu” idi. Qaranquş regiona baharın gəldiyinin müjdəçisi rolunu oynayırdı və hesablamalara görə, Azərbaycan və Ermənistanda da eyni ssenarilər həyata keçiriləcəkdi. Bu, Qərbin Gürcüstanın timsalında regionda “demokratiya modeli” yaratmaq planı idi. Bu planın böyük hədəfi Rusiya idisə, kiçik hədəflərdə regionun digər iki ölkəsi var idi.
Gürcüstanı Qərb modelli ölkəyə çevirmək; regionun digər ölkələrindəki əhali üçün cəzbedici mərkəz etmək; beləliklə, digər iki ölkədəki əhalini öz hakimiyyətlərinə qarşı “gürcü modeli istəyirik” şüarı ilə qaldırmaq.

Misal üçün, Bakı balans siyasətini dəyişmirsə, yəni Rusiyaya tam arxa çevirmirsə, ona qarşı “gürcü modeli”ni işə salmağı düşünürdülər. Sonrakı dövrlərdə buna bir neçə dəfə cəhd oldu da.

“Gürcü modeli”: hər şey göründüyü kimidir?

Saakaşvilinin Gürcüstana demokratiya gətirdiyi deyilir və bunun görüntüsü yaradılırdı. Lakin realda Gürcüstanda “polis dövləti” modelinin tətbiq olunduğu aydın idi. Eynilə Amerikadakı kimi polis “şah” rolunda oynayırdı. Mişaya görə, içkiyə qurşanmış gürcünü “çaxır boçkasından” çıxarmaq üçün bundan savayı yol yox idi. O, buna müəyyən mənada nail oldu da. Lakin 2012-ci il parlament seçkiləri gürcülərin Mişanı çaxıra dəyişdiyini göstərdi. Qərbin “qızılgül ətri verən demokratiyası” artıq pis qoxular verməyə başlamışdı.

Ya model yanlış idi, ya da bu modelin tətbiqi üçün seçilən vasitə. Saakaşvilinin yola salınması və yerinə “Qazprom” səhmlərinin 1 faizinə sahib olan İvanişvilinin gəlişinin arxasında duran səbəblər bunu aydın edir.

Saakaşvilinin gedişi hər şeydən öncə “Qərb öz Mişasını niyə xərclədi?” sualını önə çıxartdı. “Qərb və Rusiya Gürcüstanda hakimiyyəti bölüşdürdü”. Bu sualın cavabı belədir.

2013-cü ildə “ərəb baharı”nın dirəndiyi Suriya “çibanının” ortaya çıxması Qərbin Gürcüstanda Rusiyaya güzəştə getməsinə səbəb oldu və hakimiyyətin bölgüsü aparıldı. Baş nazir postu Rusiyanın, prezident postu Qərbin, həmçinin, parlament və digər güc strukturları bərabər şəkildə bölüşdürülür. Müdafiə naziri postunun Saakaşvilinin adamı İrakli Alasaniyaya verilməsi də buna bir nümunə idi. 2014-cü ilə qədər Gürcüstanda Qərb və Rusiya razılıq əsasında hərəkət etdilər. Ötən il başlayan Ukrayna böhranı ilə “Gürcüstan razılığı” da pozuldu və ilk olaraq Alasaniya postundan uzaqlaşdırıldı. Daha sonra Qərb tərəfdarları olan xarici işlər naziri Maya Pancikidze və avrointeqrasiya üzrə dövlət naziri Aleksi Petriaşvili də postlarını təhvil verdi.

Prezident Georgi Marqvelaşvili ilə baş nazir İrakli Qaribaşvili (artıq keçmiş baş nazir) arasında qarşıdurmalar da bundan xəbər verirdi. Hazırda İvanişvilinin “xaç atası” olduğu “Gürcü arzusu” tərəzinin Rusiya gözünə ağırlıq verir.

Mişanın gedişində bu faktor aydın görünür. Lakin burada gürcülərin istəkləri də böyük rol oynadı. İvanişvilinin hakimiyyətə yiyələndiyi 2012-ci il parlament seçkilərində Saakaşvilinin “Vahid Milli Hərəkat”ı şəhərlərdə az, kəndlərdə çox səs toplamışdı. Bu fərq olduqca maraqlı idi. Səbəb isə olduqca sadədir: kəndlərdə daha çox qeyri-gürcülər yaşayır, şəhər əhalisinin əksəriyyəti isə gürcülərdən ibarətdir. Gürcülər Mişanın sərt rejiminə cəmi 9 il dözə bildilər və onu bu illər ərzində doya-doya içə bilmədikləri çaxıra dəyişdilər. Qərbin ən böyük səhvlərindən biri bu idi: “demokratiya modeli”nin tətbiq edilməsi üçün seçilən vasitə.

Və Gürcüstanda keçirilən son parlament seçkiləri bunu bir daha göstərdi. Oktyabrın 8-də keçirilən seçkilərin I turunda hakim “Gürcü arzusu”nun qalib gəldiyi elan olundu. Oktyabrın 30-da baş tutan II turda da nəticə dəyişmədi. “Vahid Milli Hərəkat” partiyasının üzvləri seçkilərdə saxtakarlıqların olduğunu deyirlər.

Seçkilər total saxtakarlıqla müşahidə olunub. Bir gün öncədən seçicilər təhdid olunurdu ki, hakim partiyanın namizədinə səs verilsin”.

“Vahid Milli Hərəkat”dan namizəd olan azərbaycanlı namizəd Əhməd İmanquliyev seçkinin saxtalaşdırldığını belə ifadə edir.

Marneulidəki seçkidə azərbaycanlıları kim hədələyib? - Məğlub namizəd danışdı - FOTO

Ə. İmamquliyev qeyd edib ki, Marneulidə seçicilərə hədə-qorxu gələn şəxs əslən azərbaycanlı olan polis dəstəsinin rəisi Bəhruz Abdurrahmanov olub.



Ə. İmanquliyevin azərbaycanlıların kompakt yaşadığı Marneulidə svan əsilli Tamaz Naveriana məğlub olması da seçkinin şəffaflığı haqda şübhələri artırır.

“Marneulidə keçirilən seçki təkcə Gürcüstanın daxili məsələsi deyildi. Bu, Əhməd İmamquliyevin timsalında və svan Tamazın obrazında azərbaycanlıların ölüm-qalım savaşı idi. bu yarışı kriminal, quldur svana uduzduq, özü də əhalinin qorxudulması, şantaj edilməsi hesabına...”.

Seçkidən sonra soydaşlarımızdan birinin sosial şəbəkədə yazdığı bu sözlər əslində vəziyyətin bir qədər də fərqli olduğunu göstərir.

Bu həm də onu göstərir ki, “Gürcü arzusu” yenə qanadlanır. Söhbət gürcü millətçiliyinin baş qaldırmasından gedir. Hansı ki, 90-cı illərdən başlayaraq, bu, zaman-zaman özünü göstərib. Müəyyən dövrlərdə Azərbaycana olan ehtiyac bu siyasətin təxirə salınmasına səbəb olsa da, imkan düşən kimi, azərbaycanlılar bununla qarşılaşıb. Son seçkidə azərbaycanlıların namizədinin svana məğlub edilməsi də bunu aydın göstərir.

Asif Nərimanlı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ehtiraslı rəqslər, göz yaşı və 30 İLLİK TARİX: Aygünün konsertində BAŞ VERƏNLƏR - FOTO/VİDEO

23 Sentyabr 2017 11:38

Həftənin matçı: 3:0 məğlub olduğu halda...

23 Sentyabr 2017 11:38

Azərbaycan neftinin qiyməti 59 dolları keçib

23 Sentyabr 2017 11:37

“Xiaomi Mi 7” smartfonu simsiz enerjidoldurmanı dəstəkləyəcək

23 Sentyabr 2017 11:35

Ağcabədidə traktorla avtomobil toqquşub: ölən var

23 Sentyabr 2017 11:34

Nalbandyan həmsədrlərlə görüşdü

23 Sentyabr 2017 11:29

Yeltsinin transeksual övladı Putini devirmək üçün HƏRƏKƏTƏ KEÇDİ: ABŞ-a MÜRACİƏT

23 Sentyabr 2017 11:28

Bu gün voleybolçu qadınlar arasında Avropa çempionatında növbəti oyunlar keçiriləcək

23 Sentyabr 2017 11:27

Bakıda taksidən mobil telefon oğurlanıb

23 Sentyabr 2017 11:27

Bakıda şirkətdən 270 min manata yaxın pul oğurlandı

23 Sentyabr 2017 11:24

“WhatsApp”la bağlı YENİLİK

23 Sentyabr 2017 11:24

"Falçı Səkinə"nin məhkəməsində zərərçəkmiş ifadə verib: "Balam şikəst qaldı, məni sağaldardın da"

23 Sentyabr 2017 11:22

Məşhur milyarder qızına 350 minlik hədiyyə aldı - FOTO

23 Sentyabr 2017 11:18

Dodaq uçuğuna səbəb bu virusdur

23 Sentyabr 2017 11:17

"Nobel"i Merkel yox, Ərdoğan almalıdır

23 Sentyabr 2017 11:15

Röya jurnalistlərlə görüşəcək

23 Sentyabr 2017 11:15

Ərdoğanın İrana səfər tarixi açıqlandı

23 Sentyabr 2017 11:13

Dövlət Baytarlıq Nəzarəti Xidməti tender keçirir

23 Sentyabr 2017 11:07

Elgiz verilişdən qovuldu - QALMAQAL

23 Sentyabr 2017 11:04

“Rusiya ssenarisi” RƏDD EDİLDİ: sülhməramlılar...

23 Sentyabr 2017 11:03

İstanbulun bələdiyyə başçısı istefa verdi

23 Sentyabr 2017 11:03

Türkiyə prezidentinin İrana səfərinin tarixi açıqlanıb

23 Sentyabr 2017 11:02

Hər kəsin gözlədiyi DERBİ

23 Sentyabr 2017 10:58

Polad Ələmdar "Kurtlar Vadisi Pusu"nun BAŞLAYACAĞI VAXTI AÇIQLADI - VİDEO

23 Sentyabr 2017 10:53

"Binə" Ticarət Mərkəzindən 13 min manatlıq oğurluq edən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

23 Sentyabr 2017 10:52

Yutubdan vacib yenilik

23 Sentyabr 2017 10:48

Qızıl bahalaşdı

23 Sentyabr 2017 10:45

Tarkandan Rusiyaya GÖZLƏNİLMƏZ JEST - FOTO

23 Sentyabr 2017 10:38

Azərbaycanda yığılan Belarus traktorları Türkiyəyə ixrac ediləcək

23 Sentyabr 2017 10:37

Barmaq izinin tanınması sistemlərində boşluqları aşkarlayacaq süni barmaq yaradılıb

23 Sentyabr 2017 10:35

“Google Play” servisi əlavələr üçün böyük platformaya çevrilib

23 Sentyabr 2017 10:35

“Referendum qeyri-qanunidir və qəbul edilə bilməz”

23 Sentyabr 2017 10:35

57 yaşlı əməkdar artistə elçi gəldi: “Kişi xaricidir” – VİDEO - FOTO

23 Sentyabr 2017 10:34

Dünya birjalarında neft

23 Sentyabr 2017 10:34

20 min əsgər SƏRHƏDƏ YERİDİLDİ: hər an müharibə BAŞLAYA BİLƏR

23 Sentyabr 2017 10:33

Bakıda arvadını xüsusi amansızlıqla öldürmək istəyən şəxs apellyasiya şikayəti verib

23 Sentyabr 2017 10:32

Təmizlik işləri görməklə çəki ata bilərsiniz

23 Sentyabr 2017 10:30

Bu ölkələr çaylarımızı çirkləndirib

23 Sentyabr 2017 10:28

“Bayer” doğma meydanda xal itirdi

23 Sentyabr 2017 10:19

ABŞ-a qarşı savaş andı içdilər - MÜHARİBƏ YAXINLAŞIR

23 Sentyabr 2017 10:18

Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verildi

23 Sentyabr 2017 10:14

Bu gün Azərbaycan Premyer Liqasında VI turun daha iki oyunu keçiriləcək

23 Sentyabr 2017 10:12

Kənd təsərrüfatı naziri Salyanda yeni istifadəyə verilmiş pambıq qəbulu məntəqəsində olub

23 Sentyabr 2017 10:07

Son 10 gündə çayların sululuq səviyyəsi

23 Sentyabr 2017 10:06

Heç yerdə görmədiyiniz NADİR TARİXİ FOTOLAR

23 Sentyabr 2017 10:03

Prokuror bacısına mesaj yazdığına görə 21 yaşlı gənci öldürən şəxsin hökmündən protest verib

23 Sentyabr 2017 10:02

Elgiz Əkbər işdən qovuldu

23 Sentyabr 2017 10:02

Böyük "Youtube" kanalı olanlara PİS XƏBƏR VAR

23 Sentyabr 2017 09:59

5 yaşlı Medianews.az

23 Sentyabr 2017 09:58

Cəbhədə gərgin gecə

23 Sentyabr 2017 09:55