Səfurə İbrahimova:"Heç kimlə maraqlanmıram, heç kimi istəmirəm"

Səfurə İbrahimova:"Heç kimlə maraqlanmıram, heç kimi istəmirəm"
01:46 2 Noyabr 2016
104 Şou
Ölkə mətbuatı
A- A+

Məlum olduğu kimi, Azərbaycan kinosunun və teatr səhnəsinin tanınmış aktrisası Səfurə İbrahimova illərdir qapalı həyat tərzi keçirir.

O, 2005-ci ildə səhhətində problem yarandığına görə işlədiyi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrını tərk edib. Onunla nə həmkarları, nə də ən yaxın qohumları əlaqə yarada bilir. Aktrisa sənətdən uzaqlaşdığı kimi, insanlardan da uzaqlaşıb.

Axşam.az-ın məlumatına görə, Azvision.az-a açıqlamasında səhhətinin normal olduğunu deyən S.İbrahimova heç kimlə ünsiyyətdə olmaq istəmədiyini söyləyib: “Səhhətim normaldır. Özümü pis hiss etmirəm. Sadəcə olaraq havaların yağışlı, tutqun keçməsi əhvalıma mənfi təsir göstərir. Belə havanı sevmirəm. Evdə tək qalmağa üstünlük verirəm. Özüm üçün yaşayıram. Heç kimlə maraqlanmıram, heç kimi axtarmıram, istəmirəm. Qəzet, jurnal oxumuram. Arada televizora baxıram. Kimləsə söhbət etməyə nə vaxtım, nə də həvəsim var”.

Qeyd edək ki, Səfurə İbrahimova Hüseyn Cavidin "İblis" faciəsində oynadığı Rəna roluna görə 1984-cü ildə Dövlət mükafatına, 1974-cü ildə əməkdar artist, 2002-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60304

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR