Lavrov Yunanıstanda "Türk axını", Suriya və Rusiyanın Aİ ilə münasibətlərini müzakirə edəcək

Lavrov Yunanıstanda "Türk axını", Suriya və Rusiyanın Aİ ilə münasibətlərini müzakirə edəcək
04:22 2 Noyabr 2016
40 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 noyabr. REPORT.AZ/ Bu gün Yunanıstana səfər edəcək Rusiyanın xarici işlər naziri Sergey Lavrov Afinada bu ölkənin prezidenti, baş naziri və xarici işlər naziri ilə ticarət-iqtisadi, investisiya habelə enerji sahələrində əməkdaşlığı müzakirə edəcək.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiyanın xarici siyasət idarəsinin rəhbəri səfərdə həmçinin ölkəsinin Avropa İttifaqı ilə sonrakı münasibətlərini də diqqət mərkəzində saxlayacaq.
Sergey Lavrovun Afinadakı görüşlərində Kipr məsələsinə də toxunulacağı istisna edilmir. Tərəflər həmçinin Yaxın Şərqdə, o cümlədən Suriyada vəziyyətin pisləşməsini, Avropa ölkələrinə miqrant axınının artımını da müzakirə edəcəklər.
Məlumatda vurğulanır ki, ekspertlər Rusiyanın Afinada birinci əldən Avropa Birliyinin rəsmi Moskvaya qarşı münasibəti haqqında informasiya alacağını hesab edirlər. Həmçinin "Brexit"in Avropa iqtisadiyyatına təsiri, eləcə də yunan və italyan investorlarının "Türk axını" layihəsinə qoşulması imkanları barədə müzakirələr aparacaq. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR