Əfqanıstanda 32 silahlı məhv edilib

Əfqanıstanda 32 silahlı məhv edilib
05:42 2 Noyabr 2016
36 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 noyabr. REPORT.AZ/ Əfqanıstan polisinin son sutka ərzində silahlı qüvvələrin dəstəyi ilə keçirdiyi əməliyyat zamanı 32 silahlı məhv edilib.
"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi ölkənin Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər yayıb.
Məlumatda bildirilir ki, ölkənin Qunduz, Laqman, Farah, Baqlan, Gilmend və Uruzqan vilayətlərində keçirilmiş əməliyyatlar zamanı 7 silahlı yaralanıb. Hazırda bir sıra vilayətlərdə silahlıların zərərsizləşdirilməsi əməliyyatı davam etdirilir.
Əməliyyat zamanı təhlükəsizlik qüvvələrinin əməkdaşları arasında xəsarət alanların və ya ölənlərin olub-olmaması barədə məlumat verilmir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR