Çinin yeni qırıcısı da oğurluq çıxdı

Çinin yeni qırıcısı da oğurluq çıxdı
11:57 2 Noyabr 2016
40 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ hökuməti Çin dövlətini oğurluqda ittiham edib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, Vaşinqton Çinin yeni nümayiş etdirdiyi Chengdu J-20 döyüş təyyarələrinin texnologiyasının oğurluq olduğunu bəyan edib.

"NBC News" kanalının ABŞ hakimiyyətinə istinadən yaydığı məlumatda bildirilir ki, yeni qırıcının eskizi və texnologiyası çinli hakerlər tərəfindən Pentaqonun kompyuter sistemi sındırılaraq oğurlanıb.

Məlumatda həmçinin bildirilir ki, yeni qırıcılar "Stels" sistemi ilə təchiz olunub ki, bu da yalnız ABŞ-da var.

"Hər şeyi oğurlamaq, surətini çıxarmaq və özününkü kimi təqdim etmək Çinin əsas strategiyasıdır", -  məlumatın sonunda belə vurğulanır.

Əksər hərbi ekspertlər Çin təyyarəsinin ABŞ F-35-nin analoqu və birə-bir kopyası hesab edirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/485489.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR