Qocalar evinə atılan yaşlıların sayı artıb

Qocalar evinə atılan yaşlıların sayı artıb
16:44 2 Noyabr 2016
48 Digər
Ölkə mətbuatı
A- A+

 

Hazırda Azərbaycanda ahıllar və əlillər üçün sosial xidmət müəssisələrinin sayı 7-dir. Müəssisələrin sayı 2006-cı ildən 2016-cı ilədək dəyişməyərək 7 olub.

 

Onlarda olan yerlərin sayı 2006 və 2011-ci ildə 1012, 2012 və 2013-cü illərdə 812, 2014-cü ildə 962, 2015 və 2016-cı illərdə 1162 olub.

 

Lent.az-ın modern.az-a istinadən xəbərinə görə, hazırda ahıllar və sosial xidmət sahələrində yaşayan qocaların sayı 898 nəfərdir:


“2006-cı ildə yaşayanlar 797 nəfər, 2011-ci ildə 816 nəfər, 2012-ci ildə 732 nəfər, 2013-cü ildə 740 nəfər, 2015-ci ildə 817 nəfər ahıl qocalar evində məskunlaşıb”.

Göstəricilərə əsasən bildiririk ki, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün sosial xidmət müəssisələrinin sayı da 2006-cı ildən 2016-cı ilədək dəyişməyərək 2 olub.

Sosial xidmət sahələrindəki yerlərin sayı 2006 və 2011-ci illərdə 605, 2012-ci ildən etibarən azalaraq 370 olub. Sosial xidmət müəssisələrində yerlərin sayının azalmasnın təmir və yenidənqurma işləri ilə əlaqədar olduğu bildirilib.

Hazırda sosial xidmət sahələrində yaşayan uşaqların sayı 320 nəfərdir:

“2006-cı ildə 298 nəfər, 2011-ci ildə 267 nəfər, 2012-ci ildə 300 nəfər, 2013-cü ildə 310 nəfər, 2014-cü ildə 297 nəfər, 2015-ci ildə 314 nəfər uşaq xidmət müəssisələrində məskunlaşıb”.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258381

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR