Sumqayıtda minik maşını yük qatarı ilə toqquşdu, sürücü öldü

Sumqayıtda minik maşını yük qatarı ilə toqquşdu, sürücü öldü
05:29 3 Noyabr 2016
63 Digər
Ölkə mətbuatı
A- A+

Sumqayıtda ağır yol qəzası baş verib.

 

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba magistral avtomobil yolunun 34–cü km-də, Sumqayıt şəhəri ərazisində “VAZ” markalı minik avtomobilin yük qatarı ilə toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

 

Dərhal Nazirliyin Sumqayıt Reqional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1976-ci il təvəllüdlü Qocayev Abuzər Rizvanoğlunun meyitini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 01:07-də başa çatıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258421

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR