"Gawker" saytı amerikalı aktyor və idmançı Halk Hoqana məhkəmənin qərarı ilə 31 milyon dollar təzminat ödəyəcək.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Məhkəmənin qərarı ilə "Gawker" saytı Terri Boleanın (Halk Hoqan kimi tanınan-red) intim videosunu yaydığı üçün 31 milyon dollar təzminat ödəməlidir.
"Gawker"ın təsisiçisi Nik Denton artıq saytın bağlandığını və sözügedən videonun arxivdən silindiyini bildirib.
Milli.Az