PKK-çıların səs yazısı yayıldı: "Məhv oluruq…"

PKK-çıların səs yazısı yayıldı: "Məhv oluruq…"
13:17 3 Noyabr 2016
93 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə ordusunun apardığı əməliyyatlar PKK təşkilatına ağır zərbə vurub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, son 2 ayda 1550, son 1 ildə isə 15 minə yaxın terrorçu zərərsizləşdirilib.
 
Təşkilatda davam edən gərginlik terrorçular arasındakı danışıqlardan da açıq-aşkar hiss olunur.
 
Rabitə danışıqları zamanı səsləri yazılan terrorçular canlı qüvvə və təchizat olmadığından gileyləniblər. Bazar günü terrorçular arasında baş tutan dialoqun bir hissəsini təqdim edirik:
 
Andok:
- Necəsən, nə var, nə yox?
 
Şiyar Zindan: - Pis.
 
Andok: - Nədir pis olan?
 
Şiyar Zindan: - Hakkaridə itkimiz çoxdur, əlavə qüvvə gəlmir. Pis olan budur.
 
Andok: - Doğrudur, təşkilata qatılan yoxdur. Qərargah bölgəsinə də gələn yoxdur.
 
Şiyar Zindan: - Bizi adamsız qanadlar (PUA) yox etdi. Başını çıxardan kimi görür və anında bombardman edir.
 
Hogir Sine: - Bizdə də qardaşın dediyi vəziyyətdir. O adamsız qanadlar dağı, daşı qarış-qarış izləyir. Böyük qanadlar (qırıcı təyyarələr) nə mövqe saxladı, nə də sığınacaq. Hər şeyi yox ediblər. Başımızı soxmağa yer qalmayıb.
 
Andok Aras: - Orada qar yağır?
 
Hogir Sine: - Qar var, soyuqdur.
 
Andok Aras: - Doğrudur, təchizatımız da yoxdur. Bizim arxamızdakılar bu səbəbdən bir-biri ilə çəkişirlər.
 
Şiyar Zindan: - Hamımızın vəziyyəti pisdir. Camal başqan (Murad Qarayılan) televizorda canlı qüvvəyə ehtiyac olduğunu dedi. Amma heç kim gəlmir.
 
Xatırladaq ki, PKK lideri Murad Qarayılan 3 gün əvvəl çıxışında "Gənclər, özünüz təşkilata qatılsanız, o zaman qələbə mütləq sizin yanınızda olacaq", - demişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/485898.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR