"Çox əsəbləşdim"

"Çox əsəbləşdim"
19:12 3 Noyabr 2016
51 İdman
Ölkə mətbuatı
A- A+

"Yuventus"un baş məşqçisi Massimliano Alleqri "Lion"a qarşı oyundan sonra (1:1) fikirlərini bölüşüb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, italyan mütəxəssis bunları deyib:

"Rəqibə son dəqiqələrdə qol vurmaq imkanı verdik deyə çox əsəbləşdim. Pley-off mərhələsinə çıxmaq şanslarımızın qalması məni sevindirir. Hesab bərabərləşəndən sonra müdafiədə risk etməli deyildik. Pozitiv məqamları da görmək lazımdır. Bu, Çempionlar Liqasının finalı deyil. Əsas mərhələ martda başlayacaq. ÇL Seriya A kimi uzun marafondur. Mandzukiç bu gün çox çalışdı, Hiquain xətlər arasında əlaqə yaradırdı. İxtiyarımda başqa hücumçular yoxdur. Heç-heçə onların günahı deyil".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/485966.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR