Almaniya II Bundesliqasında XII tura start verilib.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, milli komandamızın futbolçusu Dmitri Nazarovun çıxış etdiyi "Aue" də növbəti matçına çıxıb.
Komanda öz meydanında "Nürnberq"lə qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Milli oyunçunun adı görüşün iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, Nazarovun komandası geridə qalan XII turda 10 xal toplayıb və turnir cədvəlində 18 komanda arasında 15-ci pillədə qərarlaşıb.
Milli.Az