Mediamızın 90 yaşlı ağsaqqalı - Azərbaycan radiosundan REPORTAJ

Mediamızın 90 yaşlı ağsaqqalı - Azərbaycan radiosundan REPORTAJ
15:54 5 Noyabr 2016
60 Digər
Ölkə mətbuatı
A- A+

Bu il öz sözünü deyə bilən, öz fərqli dəst-xətti ilə seçilən, ən güclü təbliğat sisteminə çevrilən Azərbaycan radiosunun 90 yaşı tamam olur. Milli radiomuz 90 ildir Azərbaycan dinləyicisi ilə yol gəlir. Bir əsrə yaxın tariximizlə birgə yol gələn radionun canlı əfsanələri ilə görüşmək, belə sənət adamlarının yaradıcılığı ilə yaxından tanışlıq isə qismətdir, hər kəsə nəsib olmur. Azərbaycan radiosunun 90 illik yubileyi ərəfəsində respublikanın əməkdar artisti Əli Məhəmmədoğlu , əməkdar jurnalist , siyasi icmalçı Yasin Qaraməmmədli və əməkdar incəsənət xadimi Şəfəq Əlixanlı ilə efirdə görüşdük.
 
Bu gün radionun bütün proqramları milli-mənəvi dəyərləri, milli adət və ənənələri, mədəniyyət və incəsənətin bütün rəngarəngliyini özündə əks etdirir.
Respublikanın əməkdar artisti diktor Əli Məhəmmədoğlu deyir ki, onun üçün Azərbaycan radiosu doğma ocaqdır, evdir. Azərbaycanda radio yayımın genişlənməsinə,  özəl və internet radioların çoxalmasına baxmayaraq, dalğalar arasında “Ana radio” öz danışıq üslubu, nəfəsi ilə tanınır.
 
"Mənim üçün iki gözəl bayram var. Biri bizim milli bayramımız olan Novruz bayramı, ikinci isə Azərbaycan radiosunun efirə vəsiqə aldığı gündür. Bu 90 ilin 50 ili mənim payıma düşür. Bunu böyük fəxarətlə deyirəm, elə bilirəm özümün yubileyimdir. Mənim diktor kimi yetişməyimdə rəhmətlik Ramiz Mustafayevin böyük əməyi olub. O qədər sıxıntı vardı içimdə, nə qədər istəyirdilər məni diktor kimi təqdim etsinlər, o sıxıntı imkan vermirdi. Ramiz müəllim məni burda hazırlamaqla yanaşı evinə də dəvət edirdi ki, o sıxıntı, xof içimdən çıxsın.  Həmişə onları böyük minnətdarlıq hissi ilə xatırlayıram. Bu gün nəyə nail olmuşamsa, hamısı ustadlardan öyrəndiklərimdir" .
 
Əli Məhəmmədoğlu özü də efirə gələn hər gəncin yüksək səviyyədə hazırlıq keçməsi üçün saatlarla vaxt ayırır. Ömrünün düz 50 ilini doğma ocağa bağlayan Əli Məhəmmədoğlu deyir ki, ötən illər onun radioya olan sevgisini nəinki azaltmayıb, əksinə o özünü efirsiz təsəvvür belə edə bilmir. Əli müəllimi yaxından tanıyanlar bilir ki, o həm də duzlu-məzəli əhvalatları xüsusi zövqlə danışır. Biz də əlimizə düşən bu fürsəti qaçırmırıq.
 
"Bu mənim öz başıma gəlməyib, radioda eşitdiyim bir hadisədir. Rəhmətlik Hicran Hüseynovu radioya təkmilləşdirməyə göndərmişdilər. Radioda Əsmər Yusifzadə  ilə birgə saat 17.00 efirində xəbər oxuyurdular. "Son xəbər" i oxuyub bitirdilər, sonluğu demək Hicrana düşmüşdü. Hicran dedi ki, siz son xəbərləri oxudunuz. Dinlədiniz əvəzinə oxudunuz dedi. Hər ikisi duruxdu, bu zaman Əsmər mikrofonu söndürüb ki efir bitdi. Hicran özünü itirdiyindən yenidən mikrofonu yandırır və canlı efirdə “bu nə idi, aaazzz? deyə Əsmərə müraciət edir".
 
Bu gün Azərbaycan radiosunda qocaman jurnalist, siyasi icmalçı Yasin Qaraməmmədlinin apardığı  "Dünya bu gün” icmalı auditoriyada reytinq qazanan verilişlər sırasındadır. Veriliş 50 ildən artıqdır efirdədir. Yasin müəllim bu günə kimi efirdə canlı çıxış edir.
 
"Düz 52 ildir radiodayam. Daha doğrusu 52 illiyim noyabrın 2-də tamam oldu. 52 il efir ömrü mənasında böyük rəqəmdir. Bununla fəxr edirəm. 2001-ci ildə mənə Zərdabi mükafatı veriləndə qəzetlərdən biri mənim haqqımda yaxşı bir yazı yazmışdı. Sərlövhəyə " Efirdən səsim gəlirsə, bu mənim  ən böyük mükafatımdır" başlığını çıxarmışdılar. Doğrudan da belədir. Efir ömrümüzə düşən ən gözəl mükafatımızdır”.
 
Azərbaycan radiosu müxtəlif məzmunlu proqramlarla dinləyicilərini görüşünə gəlir. Radionun Ədəbiyyat və incəsənət redaksiyasının baş redaktoru , əməkdar incəsənət xadimi Şəfəq Əlixanlı ömrünün 36  ilini doğma ocaqda, Azərbaycan radiosunun doğma divarları arasında keçirib.
 
"Yasin müəllim düz deyir, bizim ən böyük mükafatımız elə efirdir, eyni zamanda əməyimizə verilən qiymətdir. Azərbaycan dövləti tərəfindən də həmişə dəyərləndirilmişik. Bu gün sizə bir sirri açmaq istəyirəm ki, radionun efirində 10 ildən çox, 90-cı illərdə müstəqilliyimizi yenidən qazandığımız çağlarda səhər-səhər himndən sonra Azərbaycan xalqını mənim səsim salamlayıb. Onlarla səs içindən mənim səsim seçildi. Bu gün də böyük qürur hissi ilə deyirəm ki, möhtəşəm himndən sonra xalqı mən salamlamışam. Efirdən "sabahınız xeyir olsun" demək nəsib olubsa, bizdən xoşbəxt adam varmı görəsən?"
 
Azərbaycan radiosunun baş diktoru Ofelya Sabirqızı isə hesab edir ki, radio diktoru olmaq çətin peşədir.
 
"Çünki sənin üzünü görmürlər, səsini eşidirlər. Bilirsiniz, bizim nə qədər dinləyicilərimiz var? Düz 30 ildir buradayam. Təsəvvür edin ki,  bəzən əhvalsız səhər efirinə çıxırsan, efirə çoxsaylı zənglər olur, dinləyicilər o qədər xoş sözlər deyir ki, istər-istəməz əhvalın yaxşılaşır. Bizi saxlayan dinləyicilərimizin bizə olan sevgisidir".
 
Radioda diktorlarla yanaşı, illərlə  efir təcrübəsi olan jurnalistlərin əməyindən də  geniş istifadə edilir.
 
"Çələng" musiqili informasiya proqramının qonağı oluruq. Müəllif Dilşad Tahirqızı verilişin növbəti sayını hazırlayır. Ömrünün düz 24 ilini Azərbaycan radiosuna bağlayıb. Dilşad xanım deyir ki, radioya tələbəlik illərindən gəlib.
 
"Mən artıq radioda üçüncü yubileyi qarşılayıram.  İlk dəfə gələndə 70 illiyi qarşılayırdıq. Onda hələ tələbə idim, cavan idim. 80 illik yubileydə buranın əməkdaşı idim, imzam tanınırdı. Artıq 90 illik yubileyimizi qeyd edirk. Bu illər ömrümüzdən necə gəldi, keçdi, onu heç hiss edə bilmədik. Biz bura taleyimizi bağlamışıq. Bunu pafos xətrinə deməmişik. Radio bizim taleyimizdir. Biz bura adi iş yeri kimi baxmadıq. Əgər bu məbədə kərpic qoyanlardan biri də biziksə, onda özümüzü çox xoşbəxt saya bilərik".
 
Dinləyicilərin efirdən sevə-sevə izlədiyi "Söz naxışı" verilişinin müəllifi Günel Natiq də 20 ilə yaxındır radioda çalışır.
 
"20 ilə yaxındır radiodayam. Bəzən fərqinə varmasam da, bir də görürəm ki, artıq xeyli müddət keçib. Ömürdən gedib, amma qürur duyuram ki, illərimizi  bu gözəl peşəyə həsr etmişik. Hazırda "Söz naxışı"nın montajı gedir. Bu proqram çox sevilir. Sözün qədim yaddaşından soraq gətiririk”.
 
Bu yol hələ neçə-neçə onillikləri əhatə edəcək, xalqın milli tarixi, gələcəyi, Azərbaycanın dinamik inkişafı, uğurları, beynəlxalq mövqeyi ilə bağlı bizə çox xəbərləri çatdıracaq 90 YAŞLI RADİOMUZ! APA TV kollektivi olaraq Azərbaycan radiosunun 90, Azərbaycan televiziyasının 60 illiyi münasibətilə bu sahədə çalışan bütün həmkarlarımızı təbrik edirik! Uğurlarınız bol olsun!

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Nar" abunəçiləri üçün yeni təklif irəli sürüb

20 Sentyabr 2017 17:07

Bu da müğənninin SARAY KİMİ EVİ - Dostunun ağzı açıq qaldı - VİDEO

20 Sentyabr 2017 17:03

XİN: ABŞ Konqresinin nümayəndələr palatasının üzvlərinin işğal olunmuş ərazilərə qanunsuz səfəri məsələsi araşdırılır

20 Sentyabr 2017 17:02

SOCAR-ın vitse-prezidenti: “Bu il “Azərenerji”yə 4,6 mlrd. kubmetr qaz veriləcək”

20 Sentyabr 2017 17:02

“Sumqayıt” komandasının baş məşqçisi Samir Abasov Serbiyaya yollanıb

20 Sentyabr 2017 17:02

Müdafiə Naziri səfərbərlik üçün yaradılmış birliklərdə olub

20 Sentyabr 2017 17:00

"Qarabağ"ın hücumçusu milliyə çağırıldı

20 Sentyabr 2017 16:59

Faəliyyətinin əsas hissəsini dənizdə çalışan neftçi: "İlk baxışdan qorxulu gəlsə də dənizə öyrəşirsən"

20 Sentyabr 2017 16:57

"Qarabağ"ın futbolçusu CAR yığmasında

20 Sentyabr 2017 16:57

Türkiyədə helikopter qəzası baş verib

20 Sentyabr 2017 16:53

Makron Parisin Əsədlə bağlı ŞƏRTİNİ AÇIQLADI

20 Sentyabr 2017 16:53

DYP məktəblərin ətrafında nəzarəti gücləndirib

20 Sentyabr 2017 16:49

Bəhram Bağırzadədən MARAQLI ETİRAFLAR: İndiki ağlım olsaydı... - FOTO

20 Sentyabr 2017 16:48

Türkiyədə polis helikopteri qəzaya uğrayıb: bir ölü, bir yaralı

20 Sentyabr 2017 16:47

Ölkədə İNFLYASİYA ola bilər

20 Sentyabr 2017 16:47

Şimali Koreyadan Trampa sərt reaksiya

20 Sentyabr 2017 16:39

Eldar Mahmudovun daha bir qeyri-qanuni ƏMƏLİ ÜZƏ ÇIXDI: iki qardaşa qarşı BÖYÜK TƏLƏ

20 Sentyabr 2017 16:38

Erməni deputatlar Bakıya sabah gələcək

20 Sentyabr 2017 16:37

“Qarabağ”ın futbolçusu Cənubi Afrika Respublikasının yığmasına dəvət alıb

20 Sentyabr 2017 16:37

“İctimai internet” layihəsi çərçivəsində 1 milyonuncu istifadəçi mükafatlandırılacaq

20 Sentyabr 2017 16:35

“OUKITEL K10000 MAX” smartfonu üçün ilkin sifarişlərin qəbuluna başlanılıb

20 Sentyabr 2017 16:35

“Caspian Energy Transport Forum” forumu keçirilib

20 Sentyabr 2017 16:35

Bərzani İraq hökuməti qarşısında şərtlərini açıqladı - MÜSTƏQİLLİK TƏMİNATI

20 Sentyabr 2017 16:34

İranın itkin şahzadəsi bu ölkədə tapıldı

20 Sentyabr 2017 16:33

Faiq Ağayevdən Ədalət Şükürova ETİRAZ: “O, özü üçün danışa bilər”

20 Sentyabr 2017 16:33

Dərini canlandırmaq üçün

20 Sentyabr 2017 16:27

Kəmaləddin Heydərov Pakistanın Hərbi Hava Qüvvələri komandanı ilə görüşdü

20 Sentyabr 2017 16:24

Məşhur komandanın məşq meydanında bomba tapıldı

20 Sentyabr 2017 16:23

Qvradiyaçılar Kataloniyada 10 milyon səsvermə bülleteni müsadirə edib

20 Sentyabr 2017 16:22

Şagirdini hamilə qoyan müəllim azadlığa buraxıldı

20 Sentyabr 2017 16:18

“Bank Standard”ın ləğv planı təsdiq olunub

20 Sentyabr 2017 16:12

Atası ilə toya gələn Kənanın dəhşətli ölümü

20 Sentyabr 2017 16:12

Meksika zəlzələsini xəbər verən alimdən növbəti QORXUNC PROQNOZ

20 Sentyabr 2017 16:08

Aİ-nin Siyasət və Təhlükəsizlik üzrə Komitəsinin nümayəndə heyəti Azərbaycana səfər edəcək

20 Sentyabr 2017 16:07

Azərbaycan Mərkəzi Bankı 100 mln. manatlıq not yerləşdirib

20 Sentyabr 2017 16:07

Futbolçunun xanımı biabırçı geyimi ilə gündəmdə - FOTOLAR

20 Sentyabr 2017 16:07

“Accessbank” “myCard” sahiblərinə güzəştlər vəd edir

20 Sentyabr 2017 16:02

Müğənni Lalə Məmmədova həmkarlarını sülhə çağırıb

20 Sentyabr 2017 16:00

Mikail Cabbarov Nazim İbrahimovun yerini tutdu

20 Sentyabr 2017 15:57

584 sosial evin mülkiyyət hüququ təmin edilib

20 Sentyabr 2017 15:54

Mikayıl Cabbarova vəzifə verildi

20 Sentyabr 2017 15:53

Təcili: İŞİD-dən xilas edilən azərbaycanlı uşaqların yaxınları axtarılır - VİDEO

20 Sentyabr 2017 15:53

Müdafiə naziri səfərbərlik və ehtiyat üçün yaradılmış birlik və birləşmələri yoxlayıb

20 Sentyabr 2017 15:52

Teymur Rzayev Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki seçilib

20 Sentyabr 2017 15:52

Dini konfessiyaların liderləri Brüsselə səfər edəcək

20 Sentyabr 2017 15:47

Azərbaycanda 11 bağlanmış bankın qorunan əmanətçilərinə 747,93 mln. manat kompensasiya ödənilib

20 Sentyabr 2017 15:47

Lənkəranda 6 otaqlı evdə yandı:

20 Sentyabr 2017 15:45

SOCAR hasil olunan xam neft və qazın maya dəyərini açıqlaydı

20 Sentyabr 2017 15:44

Ermənistandan Türkiyəyə təhdid

20 Sentyabr 2017 15:43

Mikayıl Cabbarov: "Bütün mövzular federasiya çərçivəsində müzakirə olunmalıdır"

20 Sentyabr 2017 15:42