Çavuşoğlu almaniyalı həmkarına "dərs" verdi

Çavuşoğlu almaniyalı həmkarına "dərs" verdi
19:05 5 Noyabr 2016
87 Dünya
Ölkə mətbuatı
A- A+

"Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Frank-Valter Ştaynmayeri 2 dəfə telefonda gözlədib".

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin "Cümhuriyyət" qəzeti məlumat yayıb.

Məlumatda deyilir ki, Türkiyə hökumətinin Xalqların Demokratik Partiyası (HDP) üzvü olan deputatlara qarşı həbs qərarı Almaniya ilə münasibətləri daha da pisləşdirib: "Son bir neçə aydır ki, Almaniya ilə Türkiyə arasında münasibətlər normallaşmağa doğru gedirdi. Ancaq Türkiyə hökumətinin HDP üzvü olan deputatların barəsində həbs qərarı çıxartması rəsmi Ankara ilə Berlin arasında yaranan münasibətləri pisləşdirməyə başlayıb. Hətta, münasibətlərin normallaşması üçün Türkiyəyə səfər etmək istəyən Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer rəsmi Ankara ilə bu səfərin dəqiq tarixini hələ də müəyyən edə bilməyib. Son aylar Almaniya və Türkiyə xarici işlər nazirləri arasında bir neçə dəfə telefon görüşü keçirilib. Bu telefon görüşləri zamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Frank-Valter Ştaynmayeri 2 dəfə gözlədib".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/486697.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR