Azərbaycan çempionatının 11-ci turu çərçivəsində keçirilən AZAL - "Qəbələ" matçından sonra qonaqların baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransı keçirib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, baş məşqçi jurnalistlərin suallarını cavablandırıb.
- Hesabdan başqa nədən narazı qaldınız?
- Yaxşı nəticə əldə etmək üçün qol lazım idi. Ələ düşən şanslarımızı isə reallaşdıra bilmədik.
- Rəqib baş məşqçi ilə aranızda nə baş verdi?
- Onunla bağlı heç nə olmadı. Etirazım rəqibin futbolçusunun Filip Ozobiçi vurmasına idi. Gözü qarşısında baş versə də, 4-cü hakim bunu gördüyü halda reaksiya vermədi. Halbuki qırmızı vərəqə vermək lazım idi. Bu məsələnin üzərinə düşüb rəqibin cəzalandırılmasına nail olmalıyıq.
Milli.Az