Prosineçki Azərbaycan millisinin uğurunun SİRRİNİ AÇDI

Prosineçki Azərbaycan millisinin uğurunun SİRRİNİ AÇDI
12:43 7 Noyabr 2016
177 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Şimali İrlandiya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin üzvləri bu gündən bir araya gəlib.

Publika.az xəbər verir ki, baş məşqçi Robert Prosineçkinin dəvət etdiyi 25 futbolçudan 24-ü Bakının Mərdəkan qəsəbəsindəki təlim-məşq bazasında toplaşıb. Onların arasında 7 legionerdən 6-sı da var. Yalnız Türkiyənin "Bursaspor" klubundan çağırılmış Dəniz Yılmaz birbaşa oyunun keçiriləcəyi Belfast şəhərinə yollanacaq.

Qeyd edək ki, milli komanda sabah günorta saatlarında çarter reysi ilə Şimali İrlandiya paytaxtına yola düşəcək. Noyabrın 11-də "Vindzor Park"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Millimizin baş məşqçisi Robert Prosineçki İngiltərənin "The Times" nəşrinə qrupdakı vəziyyət və qarşıdakı oyunla bağlı bunları deyib: "Bir neçə oyunçunu dəyişdik. İnanırdıq ki, yaxşı nəticə əldə edəcəyik. Biz çox, lap çox işləyirik. Futbolçularıma inanıram. İndi hər kəs Azərbaycanın sürpriz edə biləcəyinə inanır. Bu nəticələr təsadüfi deyil. Mən və köməkçilərim komandanın müdafiə olunmasını deyil, futbol oynamasını istəyirik".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR