“Şahdağ”da müəmmalı olaylar: "Azenco" klubdan imtina edib?

“Şahdağ”da müəmmalı olaylar:   "Azenco" klubdan imtina edib?
15:47 7 Noyabr 2016
107 İdman
Ölkə mətbuatı
A- A+


Futbol üzrə Azərbaycan çempionatının I divizionunda çıxış edən klubların maddi durumlarının faciəvi olması yeni xəbər deyil. Aşağı dəstə təmsilçiləri illərdi qəpiyi qəpiyə calayıb, başlarını saxlayırlar. “Şahdağ” da həmin klublardan biridir. Lakin cari mövsümdə Qusar klubunda qəribə hallar baş verir, hansı ki, məntiqli izah tapmaqda çətinlik çəkirik.


“Şahdağ”la bağlı əsas diqqət çəkən məqam komandanın 2016/2017-ci il mövsümü üçün sifariş etdiyi heyətdir. Baş məşqçi Adil Mahmudov 8 əcnəbi futbolçunu  komandaya cəlb edib ki, bu, nəyin ki Qusar təmsilçisi, ümumilikdə I divizion üçün anormal haldır. Təsəvvür edin, 14 aşağı dəstə klubu ümumilikdə 19 legioner sifariş edib ki, onlarında 8-i qusarlıların payına düşür: Tofik Şafiyev, Arsen Korçayev, Maqomedsaid Maqomedov (Rusiya), Uçe Çukunyere, Viktor Emenayo, Patrik Sani (Nigeriya), Nami Masud, Ziai Seyedhosseyn (İran).


Əslinə, 8 və ya daha çox legioner götürmək istənilən klubun daxili işidir, buna kimsə qarışa bilməz. Adama deyərlər ki, pulum var, özüm bilərəm. Lakin “Şahdağ”la bağlı vəziyyət fərqlidir. Daha doğrusu, müəmmalıdır.


Əvvəla, Qusar klubunda ciddi maliyyə sıxıntısı var. Dünən “Şahdağ”ın mətbuat katibi Xanbaba Daşdi vəzifəsindən istefa verib. O, komandanın uğrusuz çıxışına və maaşa görə getdiyini açıqlayıb. Klub bu şəxsə aylıq 150-250 manat maaş söz veribmiş, lakin 2 ay işlədiyimi müddətdə cəmi 30 manat alıb...


Burdan məlum olur ki, “Şahdağ” pulu olduğu üçün 8 əcnəbi sifariş etməyib. Burda başqa nüans var. Məsələn, iranlılarla bağlı fırıldağı artıq bütün futbol ictimaiyyəti bilir. Cənubluların əsgərlikdən möhlət almaq üçün 10 min manat müqabilində adlarını Azərbaycan klublarının iştirak ərizəsinə saldırdığını rəsmi şəxslərlə qeyri-rəsmi söhbətlərdə eşitmişik. Çox güman ki, Qusar klubu da iranlıların hərəsində 10 min alıb, heyətə salıb. Digərlərinə gəlincə, onların da bir əmması var, hər halda.


Çünki digər şübhəli məqam Mahmudovun sözügedən 8 legionerin əksəriyyətinin xidmətindən yararlanmamasıdır. Məsələn, “Şahdağ”ın sonuncu turda  “Səbail”ə 1:5 hesabı ilə uduzduğu görüşdə həmin yadellilərdən yalnız 2-si iştirak edib: Tofik Şafiyev “11-lik”də yer alıb, Maqomedsaid Maqomedov isə 78-ci dəqiqədə oyuna qoşulub.


Ümumiyyətlə, “Şahdağ” 8 əcnəbidən yalnız Viktor Emenayonun xeyrini görüb. Nigeriyalı geridə qalan 9 tur ərzində 3 dəfə fərqlənib. Digər legionerlərin isə peşəkar futbolçu olmaları inandırcı görünmür...


Kluba uzun illərdir “Azenco” şirkəti sponsorluq edir ki, onların da imkanları məhduddur. Əldə etdiyimiz məlumata görə, sözügedən şirkət cari mövsüm üçün kluba aylıq 12 min manat məbləğində büdcə söz verib.  Lakin həmin pulun ödənilməsində də problem var.  Daha doğrusu, “Azenco” rəsmiləri klubda dönən oyunlardan xəbər tutublar, ona görə də artıq sponsorluqda maraqlı deyillər. Klubun aylıq 12 manatlıq büdcə ilə 8 legioner sifariş etməsi, komandanın “Şəmkir” (1:0), “Qaradağ Lökbata” (2:1) kimi klubları məğlub edib, “Göyəzən”i uda bilməməsi (0:0), MOİK (0:6) və “Səbail”ə (1:5) biabırçı hesabla uduzması, “Bakılı”ya yenilməsi (3:2) “Azenco”da da şübhələrə yol açıb.


Bir sözlə, “Şahdağ”da baş verənlərdən kimsə baş açmır. Hətta, klubun sponsorları belə...



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ahdada-mummal-olaylar-t53974.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR