Azərbaycanda 5 yaşlı uşaq faciəvi şəkildə öldü

Azərbaycanda 5 yaşlı uşaq faciəvi şəkildə öldü
19:04 7 Noyabr 2016
67 Digər
Ölkə mətbuatı
A- A+

 

Bərdə rayonunda ev şəraitində hazırlanan pomidor turşusundan zəhərlənən azyaşlı Sübhan Məmmədov bu gün dünyasını dəyişib.   

 

Bu barədə APA-ya Bərdə Mərkəzi Rayon Xəstəxanasından bildirilib. Məlumata görə, bir neçə gündür vəziyyətə ağır olaraq qalan 5 yaşlı Sübhan bir qədər əvvəl vəfat edib.

 

Qeyd edək ki, hadisə bir həftə əvvəl Bərdə rayonunun Xan Ərəb kəndində qeydə alınıb. Ev şəraitində konservləşdirilmiş pomidor turşusundan zəhərlənən Könül Məmmədova, qızı Cəmalə, oğlu Pərviz Məmmədov və nəvələri 5 yaşlı Sübhan və 8 aylıq Cihan zəhərlənmə diaqnozu ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Sonradan ailənin digər üzvlərinin vəziyyəti yaxşılaşsa da, 5 yaşlı Sübhanın durumu ağır olaraq qalırdı.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258820

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR