Rusiya prezidenti Vladimir Putin ABŞ-dakı prezident seçkilərində qələbə münasibətilə Donald Trampı təbrik edib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Kremlin saytında bildirilir.
Rusiya prezidenti göndərdiyi teleqramda Trampa dövlət başçısı postunda müvəffəqiyyətlər arzulayıb. Putin həmçinin Rusiya-Amerika münasibətlərinin böhran vəziyyətindən çıxardılması üzrə birgə işləyəcəyinə ümidini ifadə edib.
Ömər Dağlı