Runi Çin klubundan gələn təklifi rədd edib

Runi Çin klubundan gələn təklifi rədd edib
13:27 9 Noyabr 2016
82 İdman
Ölkə mətbuatı
A- A+

Joze Mourinyo tərəfindən bir neçə oyunda ehtiyatda saxlanılan "Mançester Yunayted"in kapitanı Ueyn Runinin başqa kluba keçmə ehtimalı müzakirə olunurdu.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli futbolçunun Çinin "Beijing Guoan" klubuna rədd cavabı verdiyi məlum olub. Bu barədə sözügedən klubun fəxri prezidenti Luo Ninq "Sports Night Talks" televiziya proqramında danışıb. Onun sözlərinə görə, Runi səhhəti imkan verəcəyi müddətdə Premyer Liqada oynayacağını bildirib. Ninq ulduz futbolçunun agenti ilə görüşdüklərini də vurğulayıb. Runinin "Yunayted"lə cari müqaviləsi 2019-cu ilə başa çatacaq.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR