Musiqi Məktəbinin məzunu gənc bəstəkarların beynəlxalq müsabiqəsində qalib olub - FOTO

Musiqi Məktəbinin məzunu gənc bəstəkarların beynəlxalq müsabiqəsində qalib olub - FOTO
16:47 10 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbinin məzunu Arzu Abbasova Azərbaycan musiqi mədəniyyətinə növbəti uğur qazandırıb.

Belə ki, ABŞ-ın Nyu York şəhərində keçirilən "Muse"(Multicultural Sonic Evolution) gənc bəstəkarların IV beynəlxalq müsabiqəsinə "Qütb ulduzu" (iki skripka üçün) əsəri ilə qatılıb və münsiflərin birgə rəyi əsasında 1-ci yeri tutaraq qalib olub.

Milli.Az bildirir ki, qalib əsər noyabrın 19-da Nyu York şəhərində "Sounds of Arts Festival" daxilində Secret Theatre - in Long Island City-də səslənəcək.

Qeyd edək ki, "Qütb ulduzu" əsəri müəllif tərəfindən 2015 -ci ildə bəstələnib və 2016 -cı ilin aprel ayında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyi ilə birgə layihəsi olan "Rodniki duşi' müsabiqəsində 1-ci yeri tutaraq laureat adını qazanıb.

Noyabrın 29-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi gənc bəstəkarın xüsusi istedadını nəzərə alaraq onun tərəfindən bəstələnmiş "Xoş arzular" musiqi əsərləri toplusunu uşaq musiqi və incəsənət məktəblərində tədris vəsaiti kimi çap olunmasına icazə verib.

Arzu Abbasova hal-hazırda ADA Universitinin Beynəlxalq münasibətlər fakülətisinin 1-ci kurs tələbəsidir. Həmçinin, ADA Universitində fəaliyyət göstərən musiqi cəmiyyətinin prezidentidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/488184.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR