Bakıda kirayə qaldığı evi başqasına satan şəxsə HÖKM OXUNDU

Bakıda kirayə qaldığı evi başqasına satan şəxsə HÖKM OXUNDU
17:19 10 Noyabr 2016
156 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda kirayə qaldığı evi başqasına satmaqda təqsirləndirilən Ülfət Məmmədovun cinayət işi üzrə məhkəmə başa çatıb.

 

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

 

Hakimlər kollegiyasının hökmünə əsasən Ü.Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

 

Qeyd edək ki, Ülfət Məmmədov Bakı şəhərində kirayə qaldığı Nərgiz Ələsgərovanın mənzilini saxta sənədlə başqasına satıb və ona qarşı 10 min 400 manat məbləğində dələduzluq edib.

 

O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR