"CinemaPlus" kinoteatrlar şəbəkəsi "Dövlət Bayrağı günü"nü qeyri-adi qeyd edib

"CinemaPlus" kinoteatrlar şəbəkəsi "Dövlət Bayrağı günü"nü qeyri-adi qeyd edib
19:12 10 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Noyabrın 9-da "CinemaPlus" kinoteatrlar şəbəkəsi Azərbaycan Respublikasının Dövlət Bayrağı gününü qeyri-adi qeyd edib.

Kinoteatrın işçiləri milli geyimdə bayraqlar ilə milli melodiyaların nağarada ifa edən musiqiçilərin müşayiəti altında kinoteatrların foyelərində və 28 Mall və Ganjlik Mall-da gəziblər. Qonaqlar və tamaşaçılar, böyük məmnuniyyətlə, bu yürüşə qoşulublar, xatirə şəkiləri və selfi çəkdiriblər.

Möhtəşəm yürüş Dövlət Bayrağı meydanında Azərbaycan bayrağını simvolizə edən göy, qırmızı və yaşıl şarların göyə buraxılması ilə bitmişdir.

"CinemaPlus" kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.














Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/488246.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR