Qubada qətl hadisəsi baş verib. APA-nın Şimal bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
Quba şəhər sakini Siyavuş Heydərov bıçaqlanaraq qətlə yetirilib.
Ölən şəxsin meyiti Quba Şəhər Mərkəzi Xəstəxanasının morquna təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.