Cüdoçumuz erməni ilə üz-üzə

Cüdoçumuz erməni ilə üz-üzə
10:27 11 Noyabr 2016
57 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün İsrailin paytaxtı Tel-Əvivdə 23 yaşadək cüdoçular arasında Avropa çempionatı start götürəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ilk yarış günündə Azərbaycan millisinin 5 idmançısı nəyə qadir olduğunu göstərəcək.

60 kq
Gələcəyinə böyük ümidlər bəslənilən Mehman Sadıqovun ilk qarşılaşması 1/16 finala təsadüf edəcək. Həmyerlimiz mərhələ adlamaq üçün Nikolae Foka (Moldova) ilə münasibətinə aydınlıq gətirəcək.
 
Yığmamızın digər üzvü Davud Məmmədsoy ilə startda erməni Şahen Abaqyanla üz-üzə gələcək. Cütün qalibi 1/8 finalda Yorre Verstraetenlə (Belçika) qarşılaşacaq.
 
66 kq
Telman Vəliyevsə 1/32 finalda macarıstanlı Martin Veqvarini sınağa çəkəcək. O, mərhələ adlayarsa, türkiyəli Bilal Ciloğlu ilə mübarizə aparacaq.
 
73 kq
Millimizin ən güclülərindən hesab olunan Hidayət Heydərov 1/16 finalda Çarilaos Hadjiadamou (Kipr) ilə qüvvəsini sınayacaq.
 
Bu çəkidə digər təmsilçimiz Fəqan Quluzadənin rəqibi isə serbiyalı Milan Nikoliçdir.
 
Qeyd edək ki, yığmamız Avropa çempionatına 9 cüdoçu ilə yollanıb. Yarışın ikinci günündə daha 4 təmsilçimiz mübarizəyə qoşulacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/488358.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR