Tramp Ərdoğanı təriflədi: “Qızım sizə heyrandır”

Tramp Ərdoğanı təriflədi: “Qızım sizə heyrandır”
17:28 11 Noyabr 2016
454 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla ABŞ-ın yeni seçilmişı prezidenti Donald Tramp arasındakı telefon danışıqlarının detalları yayılıb.

Publika.az
Türkiyə mediasına istinadən xəbər verir ki, danışığın çox səmimi və müsbət keçdiyi deyilir.

Tramp Ərdoğana “sizə çox böyük hörmətim var” deyə bildirib: “Ölkəniz üçün çox yaxşı işlər həyata keçirmişiniz. İvanka (Trampın qızı) da yanımdadır, bağlantını o qurdu. Sizin böyük tərəfdarınız və heyranınızdır”.

Telefon söhbətində İŞİD, FETÖ lideri Fətullah Gülən, PYD və Mosul məsələsi müzakirə edilib, liderlər bu məsələlərdə qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıblar.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/175579.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR