Bu gün Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Tərtər şəhərində vətəndaşlarla görüşüb.
Nazir Tərtər, Ağdam, Bərdə, Xocalı rayonlarında və Yevlax şəhərində yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edib.
Vətəndaşların müraciətləri əsasən, telekommunikasiya, internet, poçt xidmətləri, işə qəbul və digər məsələləri əhatə edib.
Görüşdə nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər də qeydiyyata alınıb. Həmin müraciətlərin müvafiq qurumlara göndərilməsi təmin olunacaq.
Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb.
Nazir R.Quluzadə digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.
Regional səfər çərçivəsində nazir Ramin Quluzadə aidiyyəti rayonların Telekommunikasiya qovşaqlarının və Poçt filiallarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.
Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, xidmət keyfiyyəti, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə sahə üzrə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.
Toplantıda nazir Ramin Quluzadə müvafiq sahə rəhbərlərinə işlərində ciddi dönüş yaradılması ilə bağlı tapşırıqlar verib.



Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Tərtərdə vətəndaşlarla görüşüb
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
“Bakcell”dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
TikTok Azərbaycanda süni intellektlə bağlı yeni təşəbbüsə start verir
14 Sentyabr 2026
·
16:15
Bir 1000-dən çox gənci “Spark ’26” festivalında bir araya gətirdi
11 Sentyabr 2026
·
14:18
Bu gün təqdim olunacaq “iPhone 18”in kamerası belə olacaq
09 Sentyabr 2026
·
12:57
Bu funksiya maşında ürəkbulanmanın qarşısını alır
05 Sentyabr 2026
·
09:03
Top xəbərlər
Layihələr
Son xəbərlər
Bakı metrosunda sərnişin sayı kəskin artdı
Bu gün
·
18:45
Bu yollarda tıxac var - SİYAHI
Bu gün
·
18:04
Azərbaycanın düyü idxalı 24,9% azalıb
Bu gün
·
17:29
Bakıda yaşayış binasında partlayış oldu - Xəsarət alan var
Bu gün
·
17:08
Bu istiqamətlərdə əlavə qatar reysləri təyin edildi
Bu gün
·
16:57
Dünyanın ən uzun qatar səfəri: 8 gün davam edir
Bu gün
·
16:50
Şahin Mustafayev yenidən federasiya prezidenti seçildi
Bu gün
·
16:36
117 il yaşadı: hər gün bu qidanı yeyirmiş
Bu gün
·
16:21
Ülvi Quliyev təltif edildi - SƏRƏNCAM
Bu gün
·
16:06
Bu şəxslərin hərbi xidmət müddəti azaldılır
Bu gün
·
16:04
Yardımlı İcra Hakimiyyətinin iki əməkdaşının həbs müddəti uzadıldı
Bu gün
·
15:54
Ramiz Mehdiyevə görə onlar da dindirilib - FOTO
Bu gün
·
15:50
Baş nazir qərar imzaladı
Bu gün
·
15:43
Bu məktəblər Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bu gün
·
15:33
Polis əməliyyat keçirdi - Saxlanılan var
Bu gün
·
15:21