Bakıda piyadanı vuran sürücü qaçdı

Bakıda piyadanı vuran sürücü qaçdı
10:05 12 Noyabr 2016
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Nərimanov rayonunda yolu keçmək istəyən kişini vuran sürücü hadisə yerindən qaçıb. 

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Şəmsi Rəhimov küçəsində yerləşən "Kral" şadlıq evinin qarşısında baş verib.
1965-ci il təvvəllüdlü Hacıyev Əli Tofiq oğlu yolu keçmək istəyən zaman onu naməlum avtomobil vurub.
Ə.Hacıyev ərazidəki şəxslərin köməkliyi ilə xəstəxanaya çatdırılıb və əməliyyat olunub.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır. Hadisəni törətmiş sürücünün müəyyən edilməsi istiqamətində tədbirlər görülür. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR