Amerika jurnalı Hillari Klintonun qələbəsinə həsr olunmuş nömrəni səhvən satışa çıxarıb

Amerika jurnalı Hillari Klintonun qələbəsinə həsr olunmuş nömrəni səhvən satışa çıxarıb
14:12 12 Noyabr 2016
76 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 noyabr. REPORT.AZ/ Amerikanın "NEWSWEEK" jurnalı səhvən Hillari Klintonun prezident seçkilərində qələbəsinə həsr olunmuş nömrə buraxıb.
“Report” “New York Post”a istinadən xəbər verir ki, jurnalın 2 variantda buraxılışı əvvəlcədən hazırlanıb və hər iki tiraj distribyutora çatdırılıb. Distribyutor Klintonun qələbəsinə əmin olduğundan mağazalara jurnalın yalnız bir variantını göndərib. Nəticədə çərşənbə günü satışa "Madam Prezident" başlığı ilə nömrə çıxarılıb.
Qeyd edilir ki, cəmi 125 min nüsxə çap olunub. Tiraj geri çağırılıb, jurnal isə oxuculardan üzr istəyib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/amerika-jurnali-hillari-klintonun-qelebesine-hesr-olunmus-nomreni-sehven-satisa-cixarib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR