"İngiltərə millisi müdafiədə yaxşı oynamadı"

"İngiltərə millisi müdafiədə yaxşı oynamadı"
15:47 12 Noyabr 2016
51 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə millisinin müvəqqəti çalışdırıcısı Qaret Sautqeyt Şotlandiya ilə oyundan (3:0) sonra fikirlərini bölüşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, gənc mütəxəssis bunları deyib:

"Bəzən problemləri özümüzə yaradırdıq. Müdafiədən yeni oyun qururuq, amma müdafiədə yaxşı oynamadıq. Üzərində işləməli olduğumuz şeylər var. Hücumda göstərilən oyunu bəyəndim. Futbolçular mövqelərini dəyişir, təhlükəli vəziyyətlər yaratmaq üçün indvidual ustalıqlarından istifadə edirdilər. Bu qələbəni qeyd edəcəm. Komandaya ona görə dəvət olunmuşam ki, onu 2018 DÇ seçmə mərhələsindəki son 4 oyunda zirvədə saxlayım".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR