İngiltərənin "Nyukasl" futbol klubunun baş məşqçisi Rafael Benites Çempionşipdə oktyabrın ən yaxşı baş məşqçisi seçilib.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssisin rəhbərlik etdiyi komanda oktyabrda məğlub olmayıb.
Komanda hazırda 37 xalla turnir cədvəlinə başçılıq edir.
Qeyd edək ki, R.Benites bu ilin martından "Nyukasl"da çalışır.
Milli.Az