Tüninq olunmuş ilk Lexus LC 500 - FOTO

Tüninq olunmuş ilk Lexus LC 500 - FOTO
21:57 12 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Xanımlar və cənablar, bu, dünyada tüninq olunmuş ilk "Lexus LC 500"-dür. Sportkarın hələ satışa çıxarılmayan yenilənmiş versiyası (modelin təqdimatı ilin əvvəlində olub, onun hibrid "LC 500h" versiyasını yazda görmüşük, bazara isə 2017-ci ildə çıxarılacaq). Xülasə, SEMA-2016-nın əsas yeniliyini dəyərləndirin!

Milli.Az auto.az-a istinadən bildirir ki,  "Beyond Marketing" atelyesi idman avtomobili "Lexus"-un prototipi üzərində işləməyə layiq görülüb. Onlar bu işə tam məsuliyyətlə yanaşıblar: avtomobili "Avery Dennison Gloss" rənginə boyayıblar ("Signature Autobody"-nin köməyi ilə), arkaları genişləndiriblər, asma boyunca əlavə hissələr quraşdırıblar, baqaj qapısına gözəl spoyler yerləşdiriblər. Bundan əlavə, burada aşağı salınmış asma "KW" (hidravlik qalxma sistemi ilə), tənzimlənən yaylardan istifadə edilib, 22-düymlük disklər və əyləclər isə "Brembo"-dandır.

Salonda karbon əsası olan "Sparco" oturacaqları, təhlükəsizlik karkası peyda olub, eyni zamanda, bütün lazımsız detallar ixtisara salınıb. Yeri gəlmişkən, tünerlər mühərrikin üzərində də ciddi çalışıblar. "LC 500" baza variantında 5-litrlik V8 ilə təchiz olunurdu. Konseptdə isə o 5,6-litrlik, 530 a.g. olan güc qurğusu alıb. O, həmçinin dəqiqədə 9000 dövr ilə çalışır - təsəvvür edin.
Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/486363.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR