Avropa İttifaqı Azərbaycan prezidentinin sonuncu əfv sərəncamını alqışlayıb

00:07 6 Yanvar 2015
143 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 06 Yanvar 2015 00:05 ]

Bakı – APA. Avropa İttifaqı (Aİ) Azərbaycan prezidentinin bir neçə məhbusun, eləcə də bir sıra jurnalist və müxalif gənclər təşkilatı fəallarının azadlığa buraxılmasını nəzərdə tutan əfv qərarını alqışlayır.

APA-nın məlumatına görə, bu barədə Aİ-nin Azərbaycan prezidenti İlham Əliyevin dekabrın 29-da imzaladığı əfv sərəncamı ilə bağlı bəyanatında bildirilir.

 

Bununla belə, bəyanatda “Azadlıq radiosu”nun Bakı bürosunun bağlanmasından narahatlıq ifadə olunur, Azərbaycanda söz azadlığı, azad və müstəqil medianın, qanunun aliliyinin təmin olunması kimi öhdəliklərin yerinə yetirilməsi üçün rəsmi Bakının davamlı səy göstərməli olduğu vurğulanır.

 

Qeyd edək ki, sərəncam ümumilikdə 87 nəfərə şamil edilib.

 

Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 79 nəfər cəzanın çəkilməmiş hissəsindən, 3 nəfər islah işləri, 5 nəfər isə cərimə cəzasından azad edilib.

 

Əfv olunanlar arasında “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, “P.S Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli, vəkil Qurban Məmmədov, “NİDA” Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvləri Zaur Qurbanlı və Üzeyir Məmmədli də var.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR