Niyə yol qəzalarında ən çox piyadalar həlak olur?

Niyə yol qəzalarında ən çox piyadalar həlak olur?
16:42 13 Noyabr 2016
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda baş verən yol nəqliyyat hadisələrinin böyük əksəriyyəti piyadaların vurulması ilə nəticələnir, ölüm və xəsarət halları da ən çox piyadalar arasında qeydə alınır.

Bu ilin 9 ayı ərzində ölkə ərazisində baş verən yol-nəqliyyat hadisələrinin 41%-ni (615) piyadaların vurulması təşkil edib, nəticədə 228 piyada həlak olub, 495-i yaralanıb.

Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məsələ ilə bağlı Trend-ə açıqlamasında bildirib ki, piyadaların əksəriyyəti yolun hərəkət hissəsində vurulur.

Onun sözlərinə görə, az hallarda piyada nizamlanan və ya nizamlanmayan piyada keçidində vurula bilər: "Əsasən nizamlanan piyada keçidində piyadaların vurulması hadisəsi baş verir. Çünki bəzən piyadalarımız yollarda zolaqların olmasını yəqin edir, ancaq işıqfora diqqət yetirmirlər, nəqliyyat vasitələri üçün yaşıl işıq yananda belə düşünürlər ki, burada piyada zolağı varsa, keçə bilərəm. Bu hal bəzən qəzalara səbəb olur".

K.Əliyev bildirib ki, bu gün piyadaların yol hərəkəti qaydalarını pozması kütləvi xarakter alıb: "Nə qədər polis əməkdaşları cəlb edilsə də, yol hərəkətini pozan piyadalara qarşı nə qədər protokollar tərtib edilsə də, hər gün piyadaların vurulması ilə bağlı məlumatlar yayılsa da, çox əfsuslar olsun ki, piyadalarımız bu hadisələri ciddi qəbul etmirlər. Elə fikirləşirlər ki, mən yola çıxıramsa, avtomobil məni görüb istənilən halda yol verəcək".

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov isə hesab edir ki, burada həm piyadaların, həm də sürücülərin günahı var: "Burada piyadaların günahı arxa planda qalır. Çünki piyadanın təqsiri nəticəsində başqa adamlara zərər dəymədiyinə görə hüquq-mühafizə orqanları onları araşdırmır. Ancaq piyada zərərçəkən olsa da, əslində onun özünün də günahı var".

Ekspertin sözlərinə görə, bir çox sürücülər yol hərəkət qaydalarını yaxşı bilmir, avtomobili təhlükəsiz idarə etməyi bacarmırlar: "Əgər sürücü özündən qabaqda olan nəqliyyat vasitəsinin qarşı hissəsini tamamilə görmürsə, həmin nəqliyyat vasitəsini keçməməlidir, çünki həmin nəqliyyat vasitəsinin qarşısında piyada ola bilər və o gözlənilmədən arxada gələn maşının yoluna çıxa bilər. Bax bu və ya digər təhlükəsizlik qaydalarına əməl etmək lazımdır".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İqtisadiyyat naziri Bərdədə vətəndaşları qəbul edəcək

21 Sentyabr 2017 09:12

"Qalatasaray" transferə başladı: milli üzvü...

21 Sentyabr 2017 09:07

Yaponiyada güclü zəlzələ

21 Sentyabr 2017 09:03

Kaliforniya prokuroru Meksika ilə sərhəddə divarın çəkilməsinə qarşı İDDİA QALDIRDI

21 Sentyabr 2017 08:58

Puerto-Riko adası "Mariya" qasırğa nəticəsində tamamilə İŞIQSIZ QALDI

21 Sentyabr 2017 08:48

KXDR-in xarici işlər naziri Trampı təhqir edib

21 Sentyabr 2017 08:47

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 230-a çatdı

21 Sentyabr 2017 08:38

Budaq Portuqaliyada yenilgiyə üzüldü

21 Sentyabr 2017 08:37

"Bu, əlamətdar hadisədir" - Rövnəq Abdullayev

21 Sentyabr 2017 08:27

Britni Spirs Olimpiya oyunlarında iştirak edəcək - VİDEO

21 Sentyabr 2017 08:23

Bakıda yüksək dozada narkotik maddə qəbul edən gənc ölüb

21 Sentyabr 2017 08:22

Ərdoğan Putinlə görüşəcək - sentyabrın 28-də

21 Sentyabr 2017 08:13

Kamran Ağayev oynadı, darmadağına sevindi

21 Sentyabr 2017 08:07

Paytaxtda “Opel” yandı

21 Sentyabr 2017 07:49

Ərdoğanla Poroşenko Nyu-Yorkda görüşüb

21 Sentyabr 2017 07:48

ABŞ-da prokuror prezidentə qarşı iddia qaldırdı

21 Sentyabr 2017 07:44

Ər arvadını döyüb xəstəxanalıq etdi - Gəncədə

21 Sentyabr 2017 07:39

Çilidə naməlum şəxslər kilsələri yandırıblar

21 Sentyabr 2017 07:37

Millimizin forvardı dubl etdi

21 Sentyabr 2017 07:27

Kamran oynadı, komandası 1/8 finala çıxdı

21 Sentyabr 2017 07:23

Tramp İranla bağlı qərarını gizli saxlayır

21 Sentyabr 2017 07:04

ABŞ-nın xüsusi prokuroru Ağ Evdən Trampın fəaliyyəti ilə bağlı sənədlər istəyib

21 Sentyabr 2017 06:58

Abşeron rayonunda orta yaşlı kişi bıçaqlanıb

21 Sentyabr 2017 06:57

Cənubi Koreya KXDR-ə əl uzatdı

21 Sentyabr 2017 06:44

Rusiyada zəlzələ olub

21 Sentyabr 2017 06:37

FED ABŞ iqtisadiyyatında artım proqnozunu yüksəldib

21 Sentyabr 2017 06:28

Sabah paytaxtda 35, bəzi bölgələrdə 37 dərəcə isti olacaq

21 Sentyabr 2017 06:03

Bakıda ahıl kişi naməlum şəxs tərəfindən bıçaqlanıb

21 Sentyabr 2017 05:57

Altsheymer xəstələrinin çoxalması uzunömürlüyün artması ilə əlaqədardır

21 Sentyabr 2017 05:33

Tillerson: "İran Yaxın Şərqdə sabitliyə təhdid törədir"

21 Sentyabr 2017 05:27

Londondakı terrora görə daha bir nəfər tutuldu

21 Sentyabr 2017 05:24

Məhəmməd İngiltərədə oğlanlara verilən ən məşhur adlardan biridir

21 Sentyabr 2017 05:12

Azərbaycan prezidentinin ABŞ-a səfəri başa çatdı

21 Sentyabr 2017 04:58

Kamran oynadı, komandası 1/8 finala çıxdı

21 Sentyabr 2017 04:34

İndoneziyada 5,7 bal gücündə zəlzələ olub

21 Sentyabr 2017 04:32

Zidan "Real"la yeni müqavilə imzaladığını açıqladı

21 Sentyabr 2017 04:28

Tayvanda atışma olub: ölən və yaralananlar var

21 Sentyabr 2017 04:12

Uşağa dərs oxutmağın effektli üsulları - VALİDEYNLƏRƏ QIZIL MƏSLƏHƏTLƏR

21 Sentyabr 2017 04:03

Poroşenko Ərdoğanla görüşdü

21 Sentyabr 2017 03:39

Kanadalı alimlər işığı əks etdirməyən NƏHƏNG PLANET aşkarladılar - FOTOLAR

21 Sentyabr 2017 03:28

Meksikada baş vermiş zəlzələ qurbanlarının sayı 230-a çatıb

21 Sentyabr 2017 03:12

İlin sonunadək daha 3 “HTC” smartfonu buraxılacaq

21 Sentyabr 2017 03:03

Ərdoğanla Poroşenko Nyu-Yorkda görüşüb

21 Sentyabr 2017 02:47

Azərbaycan prezidentinin ABŞ-a səfəri başa çatdı

21 Sentyabr 2017 02:44

Dünyagörüşünüzü dəyişəcək 12 qəribə xəritə

21 Sentyabr 2017 02:33

ABŞ-nın xüsusi prokuroru Ağ Evdən Trampın fəaliyyəti ilə bağlı sənədlər istəyib

21 Sentyabr 2017 02:27

Bakı metropolitenində “Wi-Fi” olacaq

21 Sentyabr 2017 02:18

Bu il istehsal edilən kənd təsərrüfatı məhsullarının dəyəri 4 milyon manatdan çox olub

21 Sentyabr 2017 02:03

"Mariya" qasırğası ikinci dərəcəli fırtınaya qədər zəifləyib

21 Sentyabr 2017 02:02

Odessanın vitse-meri uşaq düşərgəsindəki yanğına görə vəzifəsindən istefa verib

21 Sentyabr 2017 01:52