Gömrük Komitəsi: Ermənistandan məhsul gətirilmir

Gömrük Komitəsi: Ermənistandan məhsul gətirilmir
13:29 14 Noyabr 2016
59 Digər
Ölkə mətbuatı
A- A+

 

Son günlər bir sıra kütləvi informasiya vasitələrində bəzi qida məhsullarının Ermənistan Respublikasından Azərbaycana gətirilməsi və pərakəndə satışının həyata keçirilməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

 

Lent.az xəbər verir ki, Gömrük Komitəsi bu məlumatları təkzib edib: "Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında heç bir ticarət əlaqəsi yoxdur və həmin ölkədən hər hansı məhsulun ölkəmizin gömrük sərhədindən keçirilməsi mümkün deyil".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR