"Bütün həndbolçularımız tələbədirlər" - "Femina"nın baş məşqçisi

"Bütün həndbolçularımız tələbədirlər" -  "Femina"nın baş məşqçisi
13:57 14 Noyabr 2016
54 İdman
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, Azərbaycanın ABU həndbol komandası dünən Belçikanın "Femina" klubu ilə Çağırış Kubokunda 2-ci oyununu keçirib. İlk oyunda 26:16 qalib gələn ABU cavab görüşündə də üstün olub - 24:20. Beləliklə, Bakı komandası bu turnirin IV mərhələsinə - 16 komanda arasın adını yazdırıb.


Qaynarinfo.Az hər iki baş məşqçidən açıqlama alıb.


Rəfiqə Şabanova (ABU-nun baş məşqçisi): "Bundan əvvəlki görüşdə daha yaxşı oynamışdıq. Hesab da bunu dedi. Bu dəfə qızlar arxayınlaşmışdı. Nəticədə rəqib bəzi məqamlarda bizə çətinlik yaratdı. Onlara söyləmişdim, qətiyyən boşalmaq olmaz. Qarşıda bizi Ukraynanın paytaxtı Kiyevdə beynəlxalq yarış gözləyir. Oyun təcrübəsini artırmaq baxımdan bu yerinə düşüb. Çalışacağıq ki, Çağırış Kubokunun IV mərhələsində də yaxşı çıxış edək".


Edo Deliç ("Femina"nın baş məşqçisi): "ABU güclü komandadır. Bizim komanda isə həvəskar səviyyəlidir. Bütün həndbolçularımız tələbədirlər. Oyunçularımızın cəmi 18 yaşları var, gənc komandayıq. 2 Hollandiyadan, 2 də Fransadan oyunçumuz var. Ümumiyyətlə, Belçikada həndbol həvəskar səviyyədədir. ABU isə fiziki cəhətdən bizdən daha güclüdür. Ona görə də hər 2 oyunda rəqibə uduzmağımız gözlənilməz olmadı".


Qeyd edək ki, bu oyunlardan sonra ABU-nun kapitanı İranə Qasımova (9 qol), Yana Qornak (9), Anastasiya Metelska (8), Marta Abbasova (7) vurduqları qollarla Çağırış Kubokunun bu mövsüm TOP-50 ən çox qol vuran oyunçuları sırasına düşüblər.



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbutun-hndbolcularmz-tlbdirlrquot-t54140.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR