Rusiya Müdafiə Nazirliyi qırıcının qəzaya uğramasını təsdiqləyib

Rusiya Müdafiə Nazirliyi qırıcının qəzaya uğramasını təsdiqləyib
22:12 14 Noyabr 2016
101 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ Rusiyanın "MiQ-29K" qırıcısı Aralıq dənizinin Suriya sahilləri yaxınlığında qəzaya uğrayıb.
"Report" BBC-yə istinadən xəbər verir ki, faktı Rusiyanın Müdafiə Nazirliyi də təsdiqləyib.
İnformasiyaya əsasən, qəza Rusiyanın "Admiral Kuznetsov" təyyarə daşıyan kreyserindən bir nəçə kilometr aralı baş verib.
Məlumata görə, qəza təlim uçuşu zamanı texniki nasazlıq səbəbindən olub.
Xəbərdə bildirilib ki, pilot katapult edərək, sağ qalıb və kreyserin göyərtəsinə yerləşdirilib.
Xatırladaq ki, "Admiral Kuznetstov" bu il oktyab,rın 15-də Suriya sahillərinə yan alıb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR