İngiltərə millisinin futbolçusu Ueyn Runi zədələnib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, komandasının son məşqini buraxan 31 yaşlı hücumçunun zədəsinin ciddi olduğu müəyyənləşib. Buna görə o, millinin düşərgəsini tərk edib.
Beləliklə, Runi İspaniya ilə yoldaşlıq görüşünü buraxacaq.
Qeyd edək ki, İngiltərə - İspaniya oyunu bu gecə keçiriləcək.
Milli.Az