Qubada ölümlə nəticələnən yol qəzası baş verib

Qubada ölümlə nəticələnən yol qəzası baş verib
12:07 15 Noyabr 2016
223 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 noyabr. REPORT.AZ/ Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə rayonun Pirvahid kəndi ərazisində qeydə alınıb. 
Quba rayon sakini Sahib Mircəfərovun idarə etdiyi "MAN" markalı yük maşını və Əzizağa Hüseynovun idarə etdiyi "VAZ-2109" markalı avtomobil toqquşub. Nəticədə "VAZ-2109"-un sürücüsü Ə.Hüseynov hadisə yerində ölüb.  
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/qubada-olumle-neticelenen-yol-qezasi-bas-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR