Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "Real Madrid” - "Bavariya" oyunu dramatik anlara səhnə olub.
Metbuat.az xəbər verir ki, 0-1 hesabı ilə geridə olan “Real” son dəqiqələrdə vurduğu iki qolla qalib gəlib. Lakin hesab 2-1 olarkən, son saniyələrdə “Bavariya” qol vurub. Yan hakim qol vurulmazdan əvvəl oyundan kənar vəziyyət qeydə alıb. Baş hakim isə hücumun yekunlaşmasını gözləmədən oyunu dayandırıb. Fit səsindən sonra vurulan qol qeydə alınmayıb. “Bavariya” tərəfi hakimi sərt tənqid edib. Onlar iddia ediblər ki, epizod zamanı oyundan kənar vəziyyət olmayıb və hakim hücumun yekunlaşmasına şərait yaratmalı idi.
Qeyd edək ki, ilk oyun 2-2 hesabı ilə başa çatdığına görə, “Real” finala vəsiqə qazanıb. Oyundan sonra bir neçə idman saytı həmin epizodla bağlı fotolar dərc edib. “Bein Sports” öz texnologiyasından istifadə edərək, həmin epizodda oyundan kənar vəziyyətin olmadığını irəli sürüb.