"Kiralık aşk"dan Cüneyt Arkına "hörmətsizlik" - video

"Kiralık aşk"dan Cüneyt Arkına "hörmətsizlik" - video
13:16 15 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

"Altın kelebek" mükafatlandırma mərasimində "İlin ən yaxşı komediya serialı" seçilən "Kiralık aşk" sosial mediada tənqid olunub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, serialın baş rol qəhrəmanı Elçin Sanqu adı oxunmadan səhnəyə çıxıb. Daha o, Cüneyt Arkının yanında dayanaraq tərəf müqabili Barış Arduçu gözləyib. Barış C.Arkının əlini öpüb və onunla səmimi söhbət edib.

Daha sonra E.Sanqu danışıb və bu zaman ustad aktyorun qarşısına keçib və onun kameralarda görünməsinə mane olub. Həyəcanlı olan aktrisanın bu hərəkəti bilərəkdən etmədiyi deyilsə də, sosial media bunu "hörmətsizlik" adlandırıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR