Dollardan rəqiblərinə fantastik zərbə

Dollardan rəqiblərinə fantastik zərbə
15:03 15 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Dollar əsas rəqiblərinə qarşı ilin ən yüksək səviyyəsinə çıxıb.

Publika.az xəbər verir ki, respublikaçı Donald Trampın vergi dərəcələrini aşağı salmaq və infrastruktur layihələrinə 1 trilyon dollar xərcləmək kimi planları səbəb olub. Belə ki, ABŞ iqtisadiyyatını stimullaşdıracağına görə hərəkət edən investorlar dolların əsas rəqiblərinə qarşı 2015-ci ilin noyabr ayından bu yana ən yüksək səviyyəsinə çıxmasına səbəb olub.

Dolların avro, yen, funt-sterlinq, Kanada dolları, İsveç kronu və İsveçrə frankı daxil 6 valyuta vahidinə qarşı dəyərini ölçən Dollar İndeksi (DXY) 1%-dən çox dəyər qazanaraq 100.22-yə yüksəlib. Bu, təxminən bir həftədir artım meylində olan DXY-nin son bir ildəki ən yüksək səviyyəsi olaraq qeydə alınıb.

Digər tərəfdən, avro/dollar məzənnəsi 1,0720 ilə 2015-ci ilin dekabr ayından bu yana ən aşağı səviyyəsini görüb.

Çin Yuanı 2008-ci ildən bu yana ən aşağı səviyyəsindədir.

Çinin valyutası yuan dollar qarşısında 6.8412-dən əməliyyat olunaraq son 8 ilin ən aşağı səviyyəsinə enib.

Bundan başqa, Meksika pesosu, türk lirəsi və rus rublu da dollar qarşısında daha çox dəyər itirən inkişaf etməkdə olan pul vahidləri arasındadır.

İqtisadityyat şöbəsi

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR