Xalq şairi dostunun ölümünə göz yaşı tökdü: "Heyf səndən…"

Xalq şairi dostunun ölümünə göz yaşı tökdü: "Heyf səndən…"
17:27 16 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Xalq şairi Nəriman Həsənzadə qələm dostu Fikrət Sadıqın ölüm xəbərini eşidəndə sarsılıb.

Milli.Az bildirir ki, publika.az-a açıqlama verən N.Həsənzadə itkinin ağırlığından danışıb:

"Heyf, heyf səndən, qardaş. Qəfil xəbər məni sarsıtdı. Fikrətlə o qədər gözəl günlərimiz olub ki, indi onlar hamısı xatirəyə döndü. Fikrət böyük insan, gözəl şair və mükəmməl tərcüməçi idi.

Şəhriyarın "Azərbaycan" şeirini orijinaldan da gözəl tərcümə eləmişdi. Ağlatdın məni, Fikrət, tək qoydun bizi. Əsl dost itkisi kişini də ağlamağa vadar edir".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR