İngiltərə şokda: kapitan millidən kənarlaşdırıldı - FOTOLAR

İngiltərə şokda: kapitan millidən kənarlaşdırıldı -   FOTOLAR
18:37 16 Noyabr 2016
66 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə millisinin və “Mançester Yunayted”in ulduz futbolçusu Ueyn Runinin başı dərddədi.


Runi "DÇ-2018"in Şotlandiya ilə seçmə mərhələ matçından sonra (3:0) bir partiyə qatılıb. Partidən sonra İngiltərə millisinin kapitanının sərxoş vəziyyətdə fotoları yayılıb. Fotolarda olduqca sərxoş görünən Runinin yanında iki qadının olduğu də diqqətdən yayınmır.


Partiyə ev sahibliyi edən şəxsin açıqlamaları da “The San”da yer alıb: “Runi partiyə Jaqelka (futbolçu) ilə qatılmışdı. İki cümləni ard-arda deyə bilmirdi. Heç kim onun İngiltərə millisinin kapitanı olduğuna inanmırdı. Bir şüşə qırmızı şərab içdikdən sonra “uçdu”. 


Bu üzdən "Mançester Yunayted"in futbolçusu İspaniya yığması ilə yoldaşlıq görüşündən öncə İngiltərə milli komandasının heyətindən kənarlaşdırılıb.


Qeyd edək ki, İngiltərə yığmasının baş məşqçi əvəzi Qaret Sautgeyt Ueyn Runinin İspaniya yığmasına qarşı oynamamasını zədə ilə əlaqələndirib. Qarşılaşmada isə qalib müəyyənləşməyib - 2:2.


Fanatş.Az





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR