Qusarda yeniyetmə maşını ağaca çırpdı

Qusarda yeniyetmə maşını ağaca çırpdı
18:42 16 Noyabr 2016
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Qusar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Quba Rusiya Federasiyası dövlət sərhədi yolunun Kuxuroba kəndinə yaxın ərazidə qeydə alınıb. Kuxuroba kənd sakini, 1999-cu il təvəllüdlü Kərimov Ayaz Azər oğlunun idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində sürücü ilə bərabər maşında olan sərnişin, 1996-cı il təvəllüdlü Sədullayev Artur Rövşən oğlu xəsarət alıb. Hər iki şəxs Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Fakt araşdırılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR