"Report" xəbər verir ki, Ermənistan XİN-in məlumatına görə, görüşdə, həmçinin Aİ-nin genişlənmə və qonşuluq siyasəti məsələləri üzrə komissarı Yohannes Xan və iştirakçı ölkələrin nümayəndələri iştirak edəcəklər.
Görüşün yekununda nümayəndə heyətlərinin rəhbərləri birgə bəyanatla çıxış edəcəklər.
"Şərq tərəfdaşlığı" proqramının məqsədi Aİ ilə Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan, Belarus və Ermənistanın yaxınlaşmasını təmin etməkdir.