Hindistan-Pakistan sərhədində atışma: 11 ölü

Hindistan-Pakistan sərhədində atışma: 11 ölü
05:54 17 Noyabr 2016
81 Digər
Ölkə mətbuatı
A- A+

Hindistan-Pakistan sərhədində baş vermiş atışma nəticəsində 11 hindistanlı hərbçi həlak olub.

 

APA-nın “Dawn” saytına istinadən verdiyi xəbərə görə, bunu Pakistan ordusu Baş qərargahının rəisi Rahil Şərif bəyan edib.

 

Noyabrın 14-də Kəşmir ştatındakı nəzarət zolağında baş vermiş silahlı insident zamanı 7 pakistanlı hərbçinin həlak olduğu bildirilirdi.

 

Qeyd edək ki,  son günlər Hindistan-Pakistan sərhədində toqquşmaların sayı artmaqdadır. Tərəflər atəşkəsin pozulmasında bir-birilərini ittiham edirlər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR