Sarkisyan Dağlıq Qarabağ danışıqlarına qayıtmaq üçün şərtini açıqladı

Sarkisyan Dağlıq Qarabağ danışıqlarına qayıtmaq üçün şərtini açıqladı
10:53 17 Noyabr 2016
515 Digər
Ölkə mətbuatı
A- A+

“Dağlıq Qarabağda münaqişənin nizama salması yalnız güzəşt vasitəsilə mümkündür”.

Publika.az xəbər xəbər verir ki, bunu Ermənistan prezidenti Serj Sarkisyan“Rusiya bu gün” agentliyinin rəhbəri Dmitri Kiselyova müsahibəsində deyib.

“Biz anlayırıq ki, son qərar güzəştlərə əsaslanmalıdır”, - o, bildirib.

Sarkisyan xatırladıb ki, ATƏT-in Minsk Qrupu (Rusiya, ABŞ və Fransa) çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının üç prinsipi hazırlanıb: gücün tətbiq edilməməsi, dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi.

Ermənistan prezidenti qeyd etdi ki, İrəvan yalnız bu üç prinsip əsasında Bakı ilə danışıqlara qayıtmağa hazırdır.

Sarkisyan bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə xeyir verəcəyi halda görüş keçirməyə hazırdır.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/176252.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR